WordPress hazırda dünyanın ən populyar məzmun idarəetmə sisteminə malikdir. Bütün veb saytların 35%-dən çoxu WordPress ilə işləyir və bu say sürətlə artmaqdadır. Başqa sözlə desək, WordPress məzmun idarəetmə sistemi veb sayt sahiblərinə, redaktorlara və müəlliflərə heç bir kodlaşdırma biliyinə ehtiyac olmadan məzmun dərc etməyə imkan verən veb tətbiqidir. WordPress-in ən yaxşı cəhətlərindən biri onun istifadəsi asan və intuitiv interfeysə malik olmasıdır. WordPress saytı asanlıqla portfelə, xəbərlərə və ya e-ticarət saytına çevrilə bilər. Bununla belə, xüsusi bir WordPress hosting planı sizə sürət performans və etibarlılıq baxımından üstünlük verə bilər.

WordPress Nə Üçün İstifadə Edilir?

WordPress platformasını oxşar platformalardan fərqləndirən ən mühüm xüsusiyyət fərdiləşdirmə seçimlərini təklif etməsidir. Yəni təklif etdiyi pluginlər, mövzular və fərqli əlavələr sayəsində hazırlayacağınız pulsuz internet saytları ilə bir çox fərqli sahədə məzmun hazırlaya bilərsiniz. WordPress ilə yarada biləcəyiniz bəzi veb sayt növlərini aşağıdakı kimi sıralamaq olar:

  • Öz fərdi məzmununuzu dərc edə biləcəyiniz şəxsi bloq;
  • WordPress e-ticarət plugini ilə onlayn satış edə biləcəyiniz alış-veriş saytı;
  • Şirkətlər, təşkilatlar və bizneslər üçün korporativ veb sayt;
  • İşinizi təqdim edə biləcəyiniz portfelinizin veb saytı;
  • Xüsusi tədbirləri elan edərək əlavələr vasitəsilə bilet sata biləcəyiniz veb sayt;
  • Onlayn təlim videolarınızı və digər kurs materiallarınızı təqdim edə biləcəyiniz veb sayt və s.

Bunlar WordPress-in ən tanınmış mövzuları ilə qura biləcəyiniz veb saytların bəzi növləridir. WordPress-in təqdim etdiyi funksiyalar ilə məqsədinizə və sayt vasitəsilə təklif etmək istədiyiniz xidmətə diqqət yetirməklə öz veb saytınızı inkişaf etdirə bilərsiniz.

Niyə WordPress-dən İstifadə Etməlisiniz?

Pulsuz WordPress!

Bəzi məzmun idarəetmə sistemlərinin ödənişli olduğu halda, WordPress ilə sayt yaratdığınız zaman proqramdan istifadə üçün ayrıca ödəniş etməyinizə ehtiyac yoxdur. Siz sadəcə domen və hostinq alaraq WordPress-dən istifadə etməyə başlaya bilərsiniz.

Açıq Mənbə!

WordPress açıq mənbəli məzmun idarəetmə sistemidir, yəni hər kəs WordPress proqramını pulsuz istifadə edə və dəyişdirə bilər. Bəzi qeyri açıq-mənbəli CMS-lər saytınıza nəzarət səviyyəsini məhdudlaşdırır və sizdən öz premium paketləri ilə daha çox səlahiyyət əldə etməyi tələb edirlər. Lakin WordPress ilə siz saytınızın və məzmununuzun tam sahibisiniz və saytınızı başqa hostinq şirkətinə köçürməkdə sərbəstsiniz.

İstifadəçi Yönümlü!

WordPress hətta kodlaşdırma biliyi olmayan istifadəçilər tərəfindən heç bir problem olmadan da istifadə edilə bilər. O, texniki bilik tələb etmədən asanlıqla və tez veb saytlar yaratmağa imkan verir və onun populyarlığı əsasən istifadənin asanlığı ilə bağlıdır.

Minlərlə WordPress (Themes) Mövzuları

Mövzular veb saytınızın görünüşünü dəyişdirən dizaynlardır. 5000-dən çox pulsuz WordPress mövzusu ilə saytınıza istədiyiniz görünüşü verə bilərsiniz. Mövzular bir saytın əsasını təşkil edir, sayt sahiblərinə isə yalnız rəng dəyişikliyi və loqo əlavə etmək kimi dizayn işləri qalır.

SEO Dəstəyi

WordPress sizə bütün səhifələr və yazılarınız üçün başlıq teqləri və meta təsvirləri yaratmağa imkan verir. Bunlar axtarış motorlarına məzmununuz haqqında məlumat verən SEO alətləridir. Bundan əlavə, WordPress pozulmuş bağlantıları yoxlamaq kimi məqsədlərə xidmət edən çox uğurlu pulsuz SEO pluginlərinə malikdir. Hər səhifədə SEO işinizi optimallaşdırmaq üçün nəhəng bir yoxlama siyahısı adlandıra biləcəyimiz Yoast SEO onlardan ən populyarıdır.

Siz də e-ticarət dünyasında daha müvəffəqiyyətli və sektorda daimi yerinizə sahib olmaq üçün BOOMDİGİTAL xidmətlərindən yararlanıb satışlarınızı və rəqabət gücünüzü artıra bilərsiniz.

Bütün suallaranızı bizə yaza bilərsiz.