Sosial media və e-ticarət arasındakı əlaqəni ən effektiv şəkildə dəstəkləyən platformalardan biri olan Facebook reklam üçün ideal kanaldır. Bu mövzuda inkişaflarını davam etdirən Facebook, e-ticarətdə CPAS ilə əməkdaşlıq edən şirkətlərə əhəmiyyətli üstünlüklər təqdim edir və birgə reklamlar kimi də tanınan CPAS, marka və diler arasındakı əlaqəni bazara çıxarmağa imkan verir. Beləliklə, topdan satıcıların pərakəndə satıcıları dəstəkləyə biləcəyi Facebook Cpas nədir və necə işləyir?

Facebook CPAS (Ümumi) Reklam Modeli Nədir?

Facebook Cpas, pərakəndə e-ticarət müəssisələrinin marka ilə birgə reklam dərc etməsinə imkan verən bir sistemdir. Bu sistem sayəsində müəyyən bir markanın məhsullarını diler kimi təqdim edən e-ticarət müəssisələri, performans marketinqi kampaniyaları çərçivəsində müvafiq marka tərəfindən dəstəklənə bilər. Brend öz dilerini sadə və təhlükəsiz şəkildə dəstəkləyərək birgə reklamlar dərc edir və bununlada müştərilər və dilerlər arasında inam yaranır və məhsullar birbaşa olaraq aidiyyatı şəxslərə göstərilir. Niş auditoriyaya çatmaq bu reklam modelində mümkün və asandır.

Facebook Cpas Reklam Modeli Necə İşləyir?

Facebook-da dinamik reklamlardan istifadə edən dilerlər bir brendin məhsullarının kataloqunu yarada bilərlər. Brend sözügedən dilerin e-ticarət saytında və ya mobil tətbiqində satışları artırmaq üçün reklamlarında müvafiq kataloqdan istifadə edir və reklama klikləyən istifadəçilər brendin saytına deyil, dilerin saytına daxil olurlar.

Bütün suallaranızı bizə yaza bilərsiz.

Facebook Cpas reklamları dilerlərdən, kukilərdən və buna bənzər mənbələrdən aldığı məlumatlara uyğun olaraq kataloqdakı məhsullara maraq göstərən insanlara ünvanlanan reklamlar dərc edir. Bu reklam modeli, reklamın performansını əhəmiyyətli dərəcədə artırır və həm diler, həm də brendə gəlir gətirir.

CPAS Reklam Modelindən Kimlər İstifadə Etməlidir?

Holdinq, şirkət, istehsalçı, tədarükçü və bu markaların məhsullarını satan e-ticarət şirkətləri kimi vəzifələrdə olan brendlər Facebook CPAS reklam modelindən istifadə edə bilərlər. Bu tip reklam tərəfdaşlığı hər iki tərəfə fayda verir, çünki həm brend, həm də satıcı satılan hər bir məhsul üçün gəlir əldə edə bilər. Dinamik reklam inteqrasiyasını tamamlayan dilerlər və bu sistemə qoşulmuş brendlər Facebook CPAS-dan rahatlıqla istifadə edə bilərlər.

facebookda reklam

Facebook CPAS Reklam Kampaniyası Modelləri Hansılardır?

Bu sualın ilk cavablarından biri Facebook reklamları ola bilər və bunlar satışları artırmaq məqsədi daşıyan satış yönümlü reklam modelləridir. İki fərqli modelə, yəni dönüşüm və kataloq reklamlarına üstünlük verilə bilər.

Dönüşüm reklamları

CPAS sistemi reklamları yenidən müvafiq şəxslərə göstərmək üçün yenidən marketinq məntiqi ilə istifadə oluna bilən bir reklam modelidir və yeni müştəri qazanma hədəfləri üçün də faydalıdır. Axtarış və keçmişdə alış-veriş saytını ziyarət etməyən insanları hədəf alan bir kampaniya üsuludur. Dönüşüm reklamları ilə yeni müştərilər əldə edilə və sonrakı kampaniyalarda istifadə olunmaq üçün yeni məlumatlar əldə edilə bilər.

Kataloq reklamları

Facebook üzərindən yaradılmış kataloqlardakı məhsullar Instagram mağazalarında da əlavə oluna və reklamçı brend reklamı bu mağaza ilə əlaqələndirə bilər. Belə ki, reklamın üzərinə klikləyən istifadəçilərin ilk mərhələdə Instagram-dan ayrılmasına ehtiyac yoxdur, çünki reklama kliklədikdə vitrin açılır və məhsullar orada göstərilir. Məhsulları almaq istəyən istifadəçilər müvafiq düyməni sıxaraq alış-veriş saytına daxil ola bilərlər. Bundan əlavə, bu üsul həmçinin remarketinq prosesi üçün də çox faydalıdır.

Facebook CPAS Reklam Kampaniyasının Üstünlükləri Nələrdir?

Facebook CPAS reklam kampaniyalarının brend üçün üstünlüklərini qeyd etməli olsaq həmin avantajları aşağıdakı kimi sadalaya bilərik:

  • Yüksək alıcılıq potensialı olan insanlar üçün uyğun məhsulları sərgiləmək bacarığının təmin edilməsi və məhsulları onlayn şəkildə satmaq üçün reklamları optimallaşdırma imkanının əldə edilməsi
  • Dilerlərin veb saytına və mobil tətbiqinə birbaşa orqanik şəkildə trafik yönləndirməsinin mümkünlüyü və kampaniyaların dönüşümlərə olan təsirinin ölçülə bilinməsi

Facebook CPAS reklam kampaniyalarının satıcı üçün üstünlüklərini qeyd etməli olsaq həmin avantajları aşağıdakı kimi sadalaya bilərik:

  • Brendlərlə təhlükəsiz və geniş miqyaslı tərəfdaşlıq qurma bacarığının artırılması və brend dəstəyi ilə onlayn satışları maksimum həcmdə artırmaq imkanının əldə edilməsi
  • Birgə kampaniyaların əhatə dairəsinin artırılması imkanını əldə etmək, potensial müştərilərə çata bilmək və brend reklamlarının satışa olan təsirinin ölçülə bilinməsi

Bütün suallaranızı bizə yaza bilərsiz.