Rəqəmsal dünyada sizi fərdi və ya institusional olaraq təmsil vasitələrdən biri də veb saytınızdır. İstər iş dünyasında, istərsə də şəxsi həyatınızda güclü veb sayta sahib olmaq sizə bir çox üstünlüklər verir. Bu da bir həqiqətdir ki, müntəzəm və orijinal məzmun hazırlayan veb saytlar axtarış sistemləri tərəfindən önə çəkilir və bununla belə, unutmaq olmaz ki, rəqəmsal dünya çox rəqabətli bir mühitdir.
O qədər ki, internetdə axtarış edənlərin 34%-i reytinqdə görünən ilk linkə klikləyir. Buna görə də veb saytınızın Google kimi axtarış sistemlərinin nəticə səhifələrində sayt trafiki baxımından daha yüksək yer tutması çox vacibdir. Beləliklə, veb sayt trafikini (və ya sadəcə ziyarətçilərin sayını) və bununla da, kliklənmə qabiliyyətini necə artırmaq olar?
1. Trafik keyfiyyətini artırmaq üçün düzgün SEO dostu sözləri seçin
Veb sayt sahiblərinə lazım olan təsadüfi trafik deyil, birbaşa və ya dolayı yolla satışa çevrilə bilən müvafiq uyğun baxışlara ehtiyacı var və buna görə də düzgün SEO dostu sözlərindən, yəni SEO-ya uyğun açar sözlərindən istifadə etməlidirlər. Veb saytınızın üçün yüksək axtarış həcminə malik olan və sizi orqanik trafiklə təmin edə bilən açar söz qrupları üzərində işləmək, həm də məzmun marketinqi səylərinizi daha da səmərəli edəcəkdir.
Bu söz qrupları və ya təkliflər sayəsində e-ticarət saytınızda edəcəyiniz SEO işi ilə bağlı bir çox fikir də tapa bilərsiniz. Sözlərin axtarış həcmini ölçməklə, hansı açar sözlərdən daha çox tarfik əldə edəcəyinizi görə bilərsiniz və bu ifadələr üzrə strategiyalarınızı da təkmilləşdirə bilərsiniz.
Bütün suallaranızı bizə yaza bilərsiz.
2. Rəqiblərinizin açar sözlərindən yaxşı istifadə edin
Rəqib analizi üçün məlumat toplamaq, təhlil etmək və rəqiblərinizin hansı açar söz qrupları üzərində işlədiyini görmək həm e-ticarət saytınız, həm də SEO strategiyalarınız üçün çox vacibdir. Onların istfadə etdiyi açar sözlər, axtarışlardakı sıralamalar, saytın əldə etdiyi keçidlərin sayı, təxmini trafik açar ölçmələri və backlinklər kimi bir çox məlumatı bu alətlər vasitəsilə əldə edə bilərsiniz.
Bunun nəticəsində isə siz rəqiblərinizin yaxşı və ya məhsuldar olmadığı sahələri görərək və həmin sahələr üzərində işləyərək, SEO performansınızı yaxşılaşdıra və orqanik şəkildə daha çox trafik əldə etmək üçün strategiyalar təyin edə bilərsiniz.
3. Potensial müştərilərinizin suallarını cavablandırın
Məhsul və ya xidmətləriniz müştərilərə həll yolları təqdim edirsə və məzmununuz potensial müştərilərinizin suallarına cavab verirsə, keyfiyyətli axtarış trafiki təmin edilir deməkdir. Məhz bu səbəbdən potensial müştəriləriniz tərəfindən sizə ünvanlanılan bütün suallara dəqiq və həll yolu təklif edəcək və ya başqa alternativ təklif edəcəyiniz şəkildə cavablandırın. Əks təqdirdə, loyal müştərinizə çevrilə biləcək potensial müştərilərinizi də itirmiş olacaqsınız.
4. Söz yığınını unudun, uzun yazın
Məzmunu bir açar söz deyil, bir mövzu ətrafında qurun, çünki Google sözləri semantik əlaqələri baxımından qiymətləndirmək və onları mövzulara və alt mövzulara bölmək üçün kifayət qədər bacarıqlıdır. Ahrefs’in araşdırması göstərmişdir ki, yalnız bir veb sayt minlərlə uzun söz nümunəsi ilə asanlıqla sıralana bilər, lakin bu mövzuda unutmamaq da lazımdır ki, təsirli, oxunaqlı və cəlbedici məzmun hazırlamaq çox vacibdir.
Bütün suallaranızı bizə yaza bilərsiz.
5. Köhnə məzmunuzu nəzərdən keçirin və yeniləyin
Əvvəl yazmış olduğunuz məqalələri heç kim oxumayacaqsa, yeni məzmun yaratmağın nə mənası var? Bu nöqtədə köhnə məzmununuzu nəzərdən keçirin və yeniləyin, saytınıza faktiki trafiki təmin edən məzmunu müəyyən etməklə və təkmilləşdirmələr aparmaqla trafikinizi orqanik şəkildə artıra bilərsiniz. Bundan əlavə, Google yenilənmiş məzmunu daha yüksək sıralarda yerləşdirməyi sevir və bu üsul bir çox veb saytlar tərəfindən istifadə olunur.
6. Ödənişli sosial media promosyonları alın
Təklif edəcəyiniz sosial media platforması gördüyünüz işdən asılı olaraq dəyişəcəkdir, lakin Facebook və Twitter demək olar ki, hər bir sahəni əhatə edən struktura malikdir. Sosial mediada reklam hələ də PayPerClick (klik başına xərc) metodundan daha ucuzdur.
Siz həmçinin sosial mediada reklamlarınızı maraqlara və məkanlara əsaslanaraq daha böyük auditoriyaya çata bilərsiniz. Çünki siz artıq bloqunuzda və ya saytınızdakı məzmunla oxucularınıza satış edirsiniz, saytınızdakı yazılarınızı vurğulayın, məhsullarınızı və ya ümumiyyətlə brendinizi vurğulamayın.
7. Saytınızın trafiki ilə bağlı tapdığınız hər məsləhətə kor-koranə əməl etməyin
Məqalənin sonunda xüsusi şəkildə nəzərinizə çatdırmaq istəyirik ki, veb saytınızın trafiki ilə bağlı tapmış olduğunuz hər bir üsul və ya strategiyanı tətbiq etməyə tələsməyin. Çünki yalnız bir strategiya və ya üsul başqa bir veb saytda uğur qazandırmışsa, dərhal bu strategiya və ya üsul sizdə də asanlıqla uğur qazandıracaq demək deyildir. Buna görə də öyrəndiklərinizi yaxşı araşdırmalı, sınamalı və öz veb saytınıza uyğunlaşdırmalısınız. Yeri gəlmişkən, “təsadüfi trafik” və “keyfiyyətli trafik” arasındakı fərqi də heç vaxt unutmayın.
Bütün suallaranızı bizə yaza bilərsiz.