E-poçt marketinqi və ya e-mail marketinqi, mövcud müştərilər və ya potensial müştərilərlə əlaqələri inkişaf etdirmək, məhsul və xidmətləri tanıtmaq üçün e-poçt xidmətindən istifadədir. Sifarişin təsdiqi e-poçtları, müştəri suallarına cavablar, kampaniya bildirişləri və ya avtomatik məktublar e-poçt marketinq metodları hesab edilə bilər. Həmçinin, e-poçt marketinqi bir çox sosial platformalar vasitəsilə həyata keçirilən və e-ticarət marketinqini ehtiva edən internet marketinqi kimi də müəyyən edilə bilər.

Bu məktubların məzmunu xəbər bülletenləri, promosyonlar, kampaniyalar, endirim günləri və ya abunəçilər üçün üzvlük imkanları kimi məsələlərdən ibarətdir. Müştərilərinizə aylıq və ya həftəlik olaraq göndərəcəyiniz kampaniya və tanıtım e-poçtlar, brendiniz üçün uyğun marketinq üsulu ola bilər. E-ticarət saytınız üçün alış-veriş zamanı müştərilərinizdən e-poçt ünvanlarını istəmək, müntəzəm e-poçt göndərmə ilə bu hədəf auditoriyanızı daimi müştərilərə çevirməyin bir yolu da ola bilər.

E-poçt Marketinqi Necə Edilir?

Digər marketinq üsullarından daha ucuz və asan olan e-mail marketinqi həm də effektiv tanıtım üsulu kimi tanınır. Müştərilər üçün bezdirici bir marketinq üsulu kimi görünsə də, sorğulara görə e-poçtların müştərilərin təxminən 59%-nin satın alma qərarında təsirli olduğu müəyyən edilmişdir. E-ticarət saytınız tərəfindən göndərilən e-poçtlar müştərilərin gələnlər qutusundan silinənə qədər sabit qalır.

Bu səbəbdən bəzən göz ardı edilə bilən sosial media marketinq üsullarından daha təsirli bir üsul olaraq qəbul edilir. Uğurlu e-poçt marketinq kampaniyası yaratmaq asandır, lakin müəyyən səy tələb edir. Beləliklə, düzgün e-poçt marketinqi necə hazırlanmalıdır?

Bütün suallaranızı bizə yaza bilərsiz.

  • İlk növbədə, e-poçt göndərəcəyiniz bir müştəri siyahısı yaratmalısınız və bu siyahı sizdən e-poçt almaq istədiklərini bildirən üzvləriniz, abunəçilər və müştərilərdən ibarət olmalıdır. İnsanlara spam göndərmək pis cavablar və müştəri münasibətlərinizə zərər verə bilər. Əgər siz dünya üzrə bütün müştəriləriniz üçün e-poçt marketinqi ilə məşğul olursunuzsa, istifadə etdiyiniz marketinq sisteminin “Spam göndərmək qanunu” qaydalarına uyğun olduğundan əmin olmalısınız.
  • Mesajlarınızı mümkün qədər fərqli məzmunla göndərməyə çalışmalısınız və hər zaman satınalma reklamları göndərmək əvəzinə, şirkətiniz və müştəri münasibətlərini yaxşılaşdırmağın yolları haqqında dərslikləri paylaşmaq üçün təsirli bir yol olacaqdır.
  • Abunəçilərinizə hörmək etmək və onların istəklərini yerinə yetirmək üçün poçt məzmunuzu uyğun üslubda hazırlamalısınız.
  • E-poçt marketinqi üçün müntəzəm göndərmə cədvəlinizin olduğundan əmin olmalısınız. Abunəçilərinizə hər həftə eyni günlərdə e-poçt göndərmək marketinq baxımından müsbət təsir göstərə bilər.
  • Marketinq analitiklərinin araşdırmasına görə mobil cihazların istifadəsinin artması ilə elektron poçt yoxlamaları daha çox mobil cihazlar vasitəsilə həyata keçirilir. Bu səbəbdən göndərdiyiniz e-poçtların dizaynını mobil cihazlara uyğun formatda optimalladırdığınızdan əmin olmalısınız.
  • E-poçt marketinqi müvəffəqiyyətlə həyata keçirildikdə və müvafiq addımlara əməl edildikdə təsirli bir satış faktorudur, səhv edilərkən müştəriləri narahat edən və spam poçt kimi qeyd olunan istənməyən e-poçtlara çevrilə bilər.

Bütün suallaranızı bizə yaza bilərsiz.