UTM (Urchin Tracking Module) əsasən trafik mənbəyini müəyyən etmək və performansa baxış keçirmək üçün istifadə edilən üsuldur və bu üsul bu gün rəqəmsal markateinq kampaniyaları üçün əvəzsiz tətbiq hesab olunur. Sözügedən konsepsiya marketinq şirkətlərinə xidmət göstərən Urchin Software Corporation şirkətinə aiddir. Bu şirkətin təqdim etdiyi xidmət hədəf auditoriya araşdırmalarında tez-tez istifadə olunan bir üsula çevrilmişdir.

Metodun həyata keçirilməsi asan olsa da, müəyyən kod strukturunun həyata keçirilməsini tələb edir və bu kodlar müəyyən edilmiş parametrlər üzrə seçilmiş mənbələrdən gələn trafikin təhlilini təmin edir. Başqa sözlə, UTM (Urchin Tracking Module) veb trafiki izləmək üçün bir URL marşrutlaşdırma sistemidir.

UTM Kodları Nə Üçündür?

UTM kodu bağlantının ölçülməsi üçün istifadə olunur və bu kodlar müəyyən bir əlaqəyə gedən trafiki parametrlərə görə təyin etməyə və izləməyə imkan verir. Kod strukturu əsasən müəyyən bir keçidə əsaslanır və trafik təhlili meyarları parametrləri ardıcıl olaraq sayt linkinin sonuna əlavə etməklə müəyyən edilir. Bu şəkildə yaradılmış keçid Google Analytics aləti və ya digər trafik monitorinq platformaları ilə inteqrasiyada istifadə olunur.

UTM kodunun yaradılması prosesi olduqca asandır. Bunu müxtəlif keçid alətləri ilə və ya manuel olaraq edə bilərsiniz. Nəticə link Analytics-ə əlavə edilir və bu şəkildə, sosial media reklamları, poçt və SMS kimi mənbələrdən gələn trafik təhlil edilə bilər. Bundan əlavə, UTM kodları müəyyən parametrlərlə istifadəçi davranışının ölçülməsini də təmin edir.

UTM Kodları Necə İstifadə Edilir?

Sosial media kanalları Urchin Tracking Module parametrlərinin istifadə oluna biləcəyi əsas sahələrdir. Bu platformalardan gələn trafik Google-un ölçmə miqyasından kənara düşdüyü üçün tez -tez UTM ilə təhlil edilir. Facebook, İnstagram, Twitter, LinkedIn kimi kanallardan əldə edilən gəlirləri UTM ilə ölçmək olar. Kodlardan istifadə etməklə istifadəçilərin bu platformalardakı reklamlara necə reaksiya verdiyini görmək mümkündür və sosial media saytlarında edilən axtarışlardan səhifəyə gələn trafik UTM ilə də görünə bilər.

E-poçt kampaniyalarından səmərəlilik əldə etmək üçün gəlirləri ətraflı ölçmək lazımdır və UTM göstərilməsi bu tədqiqatlarda da böyük üstünlük təmin edir. Bu kodlardan istifadə etməklə, siz poçtun mətnində yerləşdirilən keçidlərin kliklənmə dərəcələrini görə bilərsiniz. UTM-dən istifadə edərək e-ticarət saytında vaxt keçirən istifadəçilərin davranışı da ölçülə bilər və bu kodları e-ticarət saytınızdakı “Səbətə əlavə et, sifariş et, al” düymələrinə əlavə etməklə hədəf kütlənizin məhsul və xidmətlərə marağını ölçə bilərsiniz.

Bütün suallaranızı bizə yaza bilərsiz.