Mövcud vəziyyəti daha aydın görmək üçün qurumlar və ya şirkətlər tərəfindən istifadə edilən və ətraflı təhlil üsulu olan SWOT analizi, 1960-cı illərdə Stanford Universitetinin araşdırmaları nəticəsində ortaya çıxmışdır. SWOT analizi ilə şirkətlərin güclü və zəif tərəflərini araşdırmaq və gələcəkdə yarana biləcək imkan və ya təhlükələr bu nəticəyə görə qiymətləndirilir.

  • Strengths: Güclü tərəflər
  • Weaknesses: Zəif tərəflər
  • Opportunities: Dəyərləndirilməsi lazım olan fürsətlər
  • Threats: Qarşının alınması lazım olan təhlükələr

SWOT Analizi Niyə Vacibdir?

Elektron ticarət ilə birlikdə rəqabət də artmış və sektorlardakı balanslar daha da dəyişkən hala gəlmişdir. Məhz belə bir prosesdə öz şirkətinizə daha yaxından baxmaq və rəqiblərinizin haqqında təsəvvürə sahib olmaq istəyirsinizsə, SWOT analizi sizin üçün vacib olan ümumi çərçivəni cızacaqdır.

Şirkətinizlə bağlı edəcəyiniz qiymətləndirmə nəticəsində əldə edəcəyiniz yol xəritəsi ilə növbəti addımınızı daha inamla planlaşdıra, rəqiblərinizin addımlarına qarşı tədbir görə və daha stabil böyümə əldə edə bilərsiniz.

SWOT Analizi Necə Aparılır?

SWOT analizinin necə aparılacağı sualına cavab axtararkən geniş və ətraflı araşdırmalar aparmaq lazımdır. Çünki SWOT analizi sadə bir düsturla həyata keçirilə biləcək bir təhlil deyil, bütöv və bir dərin araşdırma tələb edir. Güclü və zəif tərəflərinizi yaxşı təhlil etmək üçün biznesinizə baxmalı, təhlükə və imkanların nə olduğunu və haradan gələcəklərini bilmək üçün isə rəqiblərinizə və sektora baxmalısınız.

Əgər SWOT analizinin necə edildiyi və hansı bir yolu izləməniz haqqında təcrübəniz yoxdursa, bir konsultasiya ala və analizinizi vaxtaşırı yenilə bilərsiniz. Daha əvvəl də qeyd etdiyimiz kimi, xüsusilə e-ticarət sektorunda balanslar çox sürətlə dəyişdiyi üçün SWOT analizinin elementləri də sürətlə dəyişir.

Suallarla SWOT Analizi Tətbiqi

Qeyd etdik ki, SWOT Analizinizi tətbiq etmək üçün siz şirkətinizin güclü və zəif tərəflərini bilməli, sektordakı imkan və təhlükələri müəyyən etməlisiniz. İstəyirsinizsə, ümumi təhlil aparmaq üçün cavab verməli olduğunuz suallara nəzər salaq.

Güclü Tərəflərinizin Fərqinə Varın (Strengths)

SWOT analizinin aparılmasında ilk addım güclü tərəflərinizi müəyyən etməkdir. Bunun üçün şirkətinizə aşağıdakı sualları verə bilərsiniz:

  • Məhsullarınız və ya xidmətləriniz sektorda fərq yaradırmı?
  • Hansı sahələrdə rəqiblərinizdən daha yaxşısınız?
  • Müştərilərinizin həyatını asanlaşdırırsınızmı?
  • Müştərilərinizə hansı dəyəri qatırsınız?
  • Ödəniş, çatdırılma və müştəri ilə ünsiyyətdə nə dərəcədə yaxşısınız?

Zəif Tərəflərinizlə Üzləşin (Weaknesses)

SWOT analizinin ikinci addımı zəif tərəflərinizi tapmaq və onlarla üzləşməkdir. Xüsusilə e-ticarətlə məşğul olarkən çox fayda tapacağınız zəif tərəfləri müəyyən etmək, özünüzü inkişaf etdirməyiniz lazım olan mövzular haqqında sizə ipucu verəcəkdir. Bu mərhələni, daha yaxşı olmaq üçün hesabat verməli olduğunuz bir özünütənqid kimi də düşünə bilərsiniz.

  • Zəif olduğunuz cəhətlər nələrdir?
  • Hansı sahələrdə uğursuz olursunuz?
  • Müştərilərinizlə probleminiz varmı?
  • Müştərilərinizdən mənfi rəy alırsınız?
  • Layihənizdə həyata keçirə bilmədiyiniz məqamlar varmı?
  • Sizdə kapital və ya avadanlıq yoxdur?

Fürsətləri Dəyərləndirin (Opportunities)

Güclü və zəif tərəflərinizi qiymətləndirdikdən sonra sektordakı imkanları araşdırmalı və əməliyyatlarınızı buna uyğun aparmalısınız. Bu imkanlar şirkətinizin investisiya vasitələri üçün də vacibdir. E-ticarət dünyası imkanların daim yeniləndiyi və inkişafın sürətli olduğu dinamik bir sektordur. SWOT analizi ilə siz bu sektordakı boşluqları görərək hərəkətə keçə bilərsiniz.

  • Ətrafınızdakı iş imkanlarını araşdırırsınız, yoxsa yeni imkanlar yaradırsınız?
  • Sektordakı tələblərdən xəbərdarsınızmı? Sizcə şirkətiniz kifayət qədər təchizat təmin edirmi?
  • Reklama nə dərəcədə əhəmiyyət verirsiniz?
  • Mənfəətliliyi artıqmaq və xərcləri artırma üçün işləyirsinizmi?

Təhlükələrdən Qaçının (Threats)

SWOT analizinin son mərhələsi olan təhlükələrin müəyyən edilməsi risk faktorunu azaldır. Bazar dəyişənləri, istehlakçıların satın alma davranışındakı fərqlər, dəyişən sektor dinamikası və rəqabət apardığınız şirkətlərin münasibəti kimi bir çox faktor sizin üçün təhdiddir və addımlarınızı buna uyğun atmalısnız. Məsələn, rəqibləriniz fəaldırsa, siz sürət qazanmalı və reklam etməlisiniz.

  • Biznesinizə mənfi təsir göstərə biləcək rəqibləriniz kimlərdir? Əgər belədirsə, bu məsələ ilə bağlı planlarınız nələrdir?
  • Öz şirkətinizdə sizə mane olan və dəyişməli olduğunuz elementlər varmı? Texnoloji infrastrukturunuza güvnənirsinizmi?
  • Sektor əsasında milli və beynəlxaql inkişaf hansılardır? Bu dəyişikliklərə uyğunlaşa biləcəksinizmi?

SWOT Analizinin Faydaları Nələrdir?

SWOT analizi daxili və xarici dəyişənləri tədqiq etdiyiniz bir qiymətləndirmə üsulu olduğundan xüsusilə sektorda yerinizi müəyyənləşdirmək və brend mövqeyinizi təyin etməkdə sizə vacib olan ipucularını verərək sizə rəhbərlik edir. SWOT analizinin elementləri düzgün tətbiq edildiyi zaman:

  • Hərtərəfli və yaxşı idarə olunan analiz dövründən sonra siz korporativ strukturunuzun funksionallaığı haqqında məlumat əldə edəcəksiniz. Beləliklə, güclü tərəflərinizi daha çox vurğulamaqla yanaşı, zəif cəhətlərinizi də təkmilləşdirə və gördüyünüz çatışmazlıqları tamamlaya bilərsiniz.
  • Şirkətinizin bütün aspektlərini idarə etdiyiniz üçün daha inamlı rəqabət apara bilərsiniz. Rəqiblərinizi yaxşı tanıdığınız üçün yeniliklər edə və təkmilləşdirmə prinsiplərini təyin edə bilərsiniz.
  • Öz təşkilatınızın nəticələrinə (daxili amillər) uyğun olaraq, sektor dəyişənlərinə (xarici amillər) daha çox hazır olacaqsınız.

Siz də e-ticarət dünyasında daha müvəffəqiyyətli olmaq və sektorda daimi yerinizə sahib olmaq üçün SWOT analizindən yararlanıb satışlarınızı və rəqabət gücünüzü artıra bilərsiniz.