SEO-nun bu qədər təsirli olmasının bir səbəbi də çoxlu analiz edə bilməyinizdir. SEO ölçüləri sizə SEO səylərinizin effektivliyini ölçməyə və verilənlər əsasında düzəldici dəyişikliklər etməyə imkan verir. SEO ölçülərindən istifadə orqanik trafik, qarşılıqlı əlaqə, sifariş, gəlir və satış kimi mövzularda strategiyalar hazırlamağa imkan verir. Bu məqaləmizdə isə sizə SEO ölçüləri və onun faydaları haqqında ətraflı məlumat verəcəyik.

google da ust siralara cixmaq

SEO Ölçüləri Niyə Vacibdir?

Analiz əsasında hazırlanmış strategiyaların müvəffəqiyyətli olma ehtimalı daha yüksəkd və strategiyaları idarə etmək daha asandır. Bu nöqtədə, SEO ölçüləri məlumatlarla konkret olaraq edilən redaktələrin, təkmilləşdirilmələrin və ya dəyişikliklərin nəticələrini görməyə imkan verir. Metriklər sizə SEO səylərinizin effektivliyini ölçməyə və daha yaxşı performans üçün məlumatlar əsasında dəyişikliklər etməyə imkan verir.

Metrikləri yaxından izləməklə sərf olunan vaxt və pul üçün dəyər əldə etmək, daim yenilənən SEO alqoritmlərini yaxından izləmək və rəqiblərdən fərqlənməklə bazar payını artırmaq mümkündür. Bu, orqanik axtarış trafikinin artmasına yol açır. Metriklərə uyğun olaraq yol xəritəsi hazırlayıb həyata keçirmək mümkündür. Bununla da sürətli, yüksək səviyyəli, yüksək kliklənən və dönüşüm yaradan sayt olmaq səylərini əhatə edir.

Ölçülməsi Lazım Olan SEO Metrikləri

Orqanik axtarış performansınızı artırmaq üçün mühüm təsirlərə malik olan SEO ölçüləri diqqət yetirməli olduğunuz mövzular toplusudur. SEO analizinin necə ediləcəyi deyildikdə, sonradan edilən ölçmələrə bir bütün olaraq düşünülməsi lazım olan bir mövzudur.

Domen və səhifə səlahiyyəti: Google-un nəzərində, əgər sayt artıq domeninizə keçid edirsə, o, sizi etibarlı səlahiyyətli şəxs kimi görür. Əgər orqanik trafikinizin əhəmiyyətli dərəcədə artmasını istəyirsinizsə, yeni yönləndirilmiş domenlərlə səhifənizə müraciətləri artırmaq mümkündür.

Səhifədə optimallaşdırma balları: Səhifədə optimallaşdırma həm istifadəçilər, həm də axtarış motorları üçün səhifənin məzmunun optimallaşdırılması prosesidir. Səhifədə optimallaşdırma bir çox üsullarla həyat keçirilir. Onlardan bir neçəsini aşağıda sadaladıq;

  • Açar söz sıxlığı
  • Başlıqlarda və alt başlıqlarda açar sözlər
  • Daxili və xarici əlaqə
  • Meta təsviri
  • URL
  • Səhifə başlığı
  • Şəkil alt teqləri

Mətn oxunaqlığı SEO ölçüləri: Məzmun keyfiyyəti SEO dəyəri baxımından ölçülməli olan bir metrikdir. Mətnin oxunaqlılığı və uyğunluğu istifadəçilər və Google kimi axtarış motorları üçün olduqca vacibdir.

Təəssüratlar: Səhifəniz hər dəfə Google axtarış nəticəsində görünəndə istifadəçi faktiki olaraq aşağı sürüşdürüb görməsə belə, o, təəssürat kimi sayılır. Təəssüratlar SEO səylərinizin göstəricisidir.Axtarış motorlarında reytinqiniz nə qədər yüksək olsa, təəəsüratlarınız da bir o qədər yüksək olacqdır. Beləliklə, siz daha yüksək sıralarda yer alaraq, kliklənmə nisbətinizin artacaq və bu sizə orqanik trafik kimi qayıdacaqdır.

Kliklənmə dərəcələri: Kliklənmə nisbətləri təəssüratlar qədər vacibdir və Google axtarış nəticələrinizin neçə faizinin veb saytınızda kliklər yaratdığını göstərən metrikdir. SEO ölçülməsi baxımından kliklənmə nisbəti güclü korrelyasiyaya malikdir. Orta hesabla nə qədər yüksək sıralarda yer tutsanız, bir o qədər çox klik qazanırsınız. Çünki araşdırmalara görə, Google-un ilk 3 səhifəsi ən çox klik alan səhifələrdir.

Orqanik trafik: Saytınızın əldə etdiyi orqanik trafikinin dərəcəsi ölçülməli olan başqa bir SEO ölçüsüdür. Alınan trafikdən SEOsəylərinizin uğurlu və ya uğursuz olduğu ortaya çıxacaqdır. Orqanik trafik olmadan SEO əsaslı dönüşüm əldə oluna bilməz. Google Analytics vasitsəilə həm masaüstü, həm də mobil trafikinizi davamlı olaraq təhlil edə bilərsiniz.

Məzmun yenilənməsi: Məzmun SEO dönüşümlərində effektiv rol oynayır. SEO-ya yeni məzmun yaratmaq, mövcud məzmunu yeniləmək və uyğun olmayan məzmunu silmək kimi proseslər saytların SEO səviyyəsinə təsir edir. Çoxsaylı zəif səhifələri, çox daha güclü, dəyərli səhifələrlə birləşdirmək, keçidlər əlavə etmək və nəhayət müasir səhifə hazırlamaq SEO baxımından əhəmiyyətli gəlirlər təmin edir.