Məzmun bir mövzu haqqında məlumat və fikir vermək vermək üçün yazılı və vizual ifadə üsullarından istifadə edilərək hazırlanan düşüncələrə verilən addır. Məzmun marketinqi isə brendlərin hədəf auditoriyasındakı insanlara çatmaq, həmin insanlarla qarşılıqlı əlaqədə olmaq və sərfəli müştəri hərəkətləri yaratmaq üçün istehsal etdiyi və yaratdığı marketinq növüdür.

Bu gün bütün brendlər hədəf auditoriyasındakı insanlara çatmaq üçün məzmun marketinqi fəaliyyətləri həyata keçirir. Brendlərin məzmun marketinqi səylərində uğur qazanması üçün keyfiyyətli məzmun istehsalına əhəmiyyət vermələri lazımdır. Bu yazımızda isə məzmun hazırlanmasının üstünlükləri, məzmun hazırlanması prosesləri və keyfiyyətli məzmun hazırlanması haqqında ətraflı məlumat verəcəyik.

Keyfiyyətli Məzmun Niyə Vacibdir?

Keyfiyyətli məzmun brendlərə bir çox üstünlüklərdən yararlanmağa imkan verir və onların rəqibləri ilə daha asan rəqabət aparmasına kömək edir. Dizayn keyfiyyətli məzmunda mühüm element kimi görünsə də, əslində ən mühüm element dizayndan çox məzmunun faydasıdır. Keyfiyyətli məzmun hazırlamaq üçün hədəf auditoriya və açar söz analizi, başlıq və məzmun formatı, məzmunda şəkil və videoların istifadəsi, bağlantılar kimi mühüm elementlərə əhəmiyyət vermək lazımdır.

Məzmun marketinqi və keyfiyyətli məzmun hazırlanması sayəsində brendlər Google və Yandex kimi axtarış sistemlərində daha çox görünürlər. Müxtəlif sahələrdən olan hədəf auditoriyalarında istehlakçılara çatmaq imkanı verir. Bunun nəticəsində isə korporativ veb saytlara və e-ticarət saytlarına daha çox ziyarətçi cəlb edə bilərlər. Bu üstünlüklərdən yararlanmaq istəyən hər bir brend məzmun marketinqinə önəm verməli və marketinq strategiyalarına əlavə etməlidirlər.

Keyfiyyətli Məzmun Necə Hazırlanmalıdır?

İlk növbədə ən vacib olan odur ki, hazırlanan məzmunun oxuyuculara məlumat qatmasını təmin etmək lazımdır. Bu səbəbdən keyfiyyətli məzmun hazırlayarkən diqqət etməli olduğunuz mühüm elementlər var və həmin elementləri aşağıdakı kimi sadalaya bilərik:

  1. Hədəf kütlə analizi
  2. Rəqib təhlili
  3. Açar söz təhlili
  4. Başlıqların daxil edilməsi
  5. Şəkillər

1. Hədəf Kütlənizi Analiz Edin

Məzmun hazırlanması və məzmun marketinqi işlərinə başlamazdan əvvəl hər bir brendin etməli olduğu ilk şey hədəf auditoriya təhlilidir. Hədəf auditoriya, brendinizin reklam və tanıtım fəaliyyətləri ilə çatmaq istədiyiniz və qazanclı addımlar atacağınız insa qrupuna verilən addır.

Hədəf kütlə analizi insanların ən çox hansı mövzularda araşdırma apardığını və ən çox hansı açar sözlərdən istifadə etdiyini görməyə imkan verəcəkdir. Bu təhlil hədəf auditoriyanızı yaxından tanımağınıza kömək etsə də, eyni zamanda hansı məzmun hazırlamağınız barədə sizə məlumat verəcəkdir.

2. Rəqib Təhlili Edin

Məzmun istehsalından əvvəl rəqibləri araşdırmaq da eyni hədəf kütləsinə çatmaq istəyən rəqiblərinizin məzmun hazırlanması prosesində;

  • Hansı mövzulardan yazırlar?
  • Hansı açar sözlərindən istifadə edirlər?
  • Back linkləri necə əldə edirlər?

Bu kimi məsələlərlə bağlı məlumat əldə etmək sizə çox kömək edəcəkdir. Bir sözlə, rəqib təhlili məzmun hazırlanması və məzmun marketinqi proseslərində rəqabət strategiyası yaratmağa imkan verəcəkdir.

3. Açar Söz Təhlili Edin

Keyfiyyətli məzmun yaratmaq üçün açar söz analizinə də əhəmiyyət verməlisiniz. Çünki internetdə hər hansı bir mövzuda məhsul və xidmət axtaran insanlar axtarış sistemlərində həmişə müəyyən açar sözlərlə axtarış edirlər. Buna görə də, məzmun hazırlayarkən mövzunuza uyğun açar sözlər əlavə etmək, hədəf auditoriyanızda olan, məhsul və xidmətlər axtaran və ya bir mövzu haqqında məlumat əldə etmək istəyən insanlara çatmağınızı asanlaşdıracaqdır.

Açar sözlərinizi araşdırarkən Semrush, Ahrefs, Keywordtool və s. kimi proqramlardan istifadə edə bilərsiniz. Bu proqramların əksəriyyətinin pulsuz versiyaları da mövcuddur. Məzmununuzda istifadə edəcəyiniz açar sözləri seçərkən long tail açar sözləri ilə yanaşı, short tail açar sözlərdən də istifadə etməyə diqqət yetirin.

Açar sözlərinizi seçdikdən sonra bu sözləri müəyyən nisbətdə məzmununuza daxil etməlisiniz. Açar söz sıxlığını təyin edərkən və istifadə edəcəyiniz sahələri təyin edərkən diqqət etməli olduğunuz amillərin başında oxuyucular olmalıdır. Bu səbəbdən açar sözlərinizi oxuyucuları sıxmayacaq şəkildə istifadə etmək, brendinizin keyfiyyətli məzmun istehsal etməsini təmin edəcəkdir.

4. Başlıqları Daxil Edin

Məzmunlarda bir əsas başlıq ilə bərabər məzmuna uyğun olaraq təyin olunan alt başlıqlardan da istifadə etməyə çalışın. Başlıq, istifadəçilərə məzmununuz haqqında məlumat verən ilk vacib məqamdır. Bu baxımdan başlıq seçərkən həm açar sözlərinizi ehtiva edən, həm də istifadəçilərin marağına səbəb olan başlıq seçmək vacibdir. Alt başlıqlar məzmunu daha oxunaqlı etmək üçün istifadə edilir və məzmunun oxunmasını asanlaşdırmaqla yanaşı, həm də məzmunu müxtəlif bölmələrə bölməyə də kömək edir. Ümumiyyətlə, alt başlıq seçilərkən mövzuya uyğun seçim aparılmalıdır.

5. Məzmununuzda Şəkil və Videolardan İstifadə Edin

Keyfiyyətli məzmun hazırlamaq istəyən insanlar məzmunun mövzusuna uyğun olaraq məzmunda vizual elementlərdən; yüksək keyfiyyətli şəkil və ya videolardan istifadə etməlidirlər. Məhsul icmalı, məhsul müqayisəsi və xüsusi günlər kimi ediləcək paylaşımlarda yüksək keyfiyyətli şəkillərdən istifadə etmək vacibdir. Bu paylaşımlarda müştərilər maraqlandıqları brendlərin peşekar araşdırmalar apardığını anlayır və daha çox güvənərək bu brendlərdən alış-veriş etməyi üstün tuturlar.