Inbound marketinq, Brian Halligan tərəfindən təqdim edilən məzmunun paylaşılmasına əsaslanan marketinq üsuludur. Müasir istehlakçıların satın alma qərarlarından əvvəl internetdə məzmun axtarmağa başlaması ilə məzmun istehsalının əhəmiyyəti xeyli artmışdır və Inbound Marketinqin məqsədi satın alma prosesi zamanı məhsulla əlaqəli məzmun axtaranlara çatmaq və onların satın alma prosesinə müdaxilə etməkdir. Belə ki, təsadüfi istehlakçı kütlələrinə deyil, yüksək alıcılıq potensialına malik və müəyyən məhsul axtarışında olan istehlakçılara çatmaq planlaşdırılır, çünki təsadüfi auditoriyalardan gələn dönüşüm nisbətləri ilə müqayisədə, müəyyən potensiala malik olan auditoriyadan daha yüksək gəlir əldə edəcəksiniz.

E-ticarət şirkətləri inbound marketinqi necə edə bilər?

Inbound marketinqi marketinq strategiyalarınıza daxil edərkən edə biləcəyiniz bir sıra çalışmalar mövcuddur və həmin çalışmaları aşağıdakı kimi sadalaya bilərik:

Diqqəti cəlb edəcək məzmun hazırlamağa başlayın

Səylərinizin uğurlu olması üçün siz ilk növbədə istehlakçıların diqqətini cəlb etməlisiniz və bunun üçün də məzmun marketinqi çalışmalarına ciddi şəkildə önəm verməlisiniz. İstehlakçılar brendiniz haqqında nə qədər çox məzmun görsələr, brendinizi bir o qədər çox tanımağa başlayırlar. Brendinizi tanımağa və onu izləməyə başlayanda məhsullarınıza maraqları artır və bu da öz növbəsində satışlarınızı da artıracaqdır. Bu çalışmaları etmək üçün bir neçə fərqli alternativdən istifadə edə bilərsiniz:

Sosial mediadan istifadə edin: Sosial media yeni auditoriyaya çatmaqda və istehlakçıların diqqətini cəlb etməkdə çox təsirlidir və siz hazırladığınız məzmunu və diqqəti çəkəcək video və digər paylaşımları sosial şəbəkələrdə dərc edə bilərsiniz və ya sosial media yönümlü məzmunla birbaşa əlaqə qurmağa cəhd edə bilərsiniz.

SEO çalışmaları edin: Xüsusilə məhsul səhifələrinizdə potensial alıcıları cəlb etmək və onların satın alma qərarlarına təsir etmək üçün SEO işinə investisiya qoymalısınız. Məhsul səhifələrini təfərrüatlandırmaqla, müvafiq açar sözlərdən istifadə etməli və səhifə dəyərini artırmaqla bu səhifələrə trafiki orqanik şəkildə çəkə bilərsiniz.

sayt trafiki

Geri Dönüşüm Çalışmaları

İstehlakçıların diqqətini və marağını çəkməyə başladıqdan sonra növbəti addımınız geri dönüşüm əldə etməyə imkan verəcək çalışmalar aparmaq olacaqdır və buna nail olmaq üçün aşağıdakıları edə bilərsiniz:

Hərəkətə çağırış ifadələrinizi əlavə edin: Məzmunuza və ya məhsul səhifələrinizə hərəkətə, yəni satın almaya təşviq edəcək ifadələri əlavə etməyi unutmayın, çünki bu ifadələr istehlakçıları məhsullarınıza yönəltməkdə və satın almada mühüm roy oynayır.

İstehlakçıları maraqlandırmağa çalışın

İstehlakçıların məzmununuza və brendinizə marağının itməməsi də çox vacibdir, əgər bu marağı qoruya bilməsəniz, onlardan geri dönüş əldə etmək sizin üçün çətin olacaqdır. Bunun üçün məzmun paylaşımının müəyyən bir startegiyaya uyğun olması və müəyyən ardıcıllıqla paylaşmağınız çox vacibdir. Xüsusilə də, sosial media məzmunu üçün strategiyalar yaratmaqla, paylaşım etmək üçün müəyyən bir vaxt təyin etmək vacibdir. Bu baxımdan, istehlakçıların marağını qorumaq və onların brendinizin məzmunu ilə müntəzəm olaraq qarşılaşmalarını təmin etmək çox vacibdir.

Bütün suallaranızı bizə yaza bilərsiz.