Hədəf auditoriyanı təhlil etmədən biznes planınızı yarada, marketinq, reklam və satış strategiyalarınızı inkişaf etdirə və məhsullarınızı tanıda bilməzsiniz. Brendinizi müəyyən edən və brendin yerləşdirilməsində əhəmiyyətli bir yerə sahib olan hədəf auditoriya təhlili, e-ticarət şirkətlərinin xüsusilə diqqət yetirməli olduğu mövzulardan biridir. Hədəf Auditoriyası haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə, Hədəf Auditoriyası Kimlərdir? Hədəf Auditoriyası Necə Müəyyən Edilir? adlı məqaləmizi oxuya bilərsiniz. Bəs hədəf auditoriyanızı müəyyənləşdirərkən və təhlil edərkən nə etməli və necə aparmalısınız?

Mövcud Müştəri Bazanızla Başlayın

Bir müddətdir onlayn satış edirsinizsə, mövcud hədəf auditoriyanız var deməkdir və bu cari auditoriyanı araşdırmaqla işə başlaya bilərsiniz, yox əgər siz e-ticarətdə yenisinizsə, diqqətinizi birazdan qeyd edəcəklərimizə yönəldə bilərsiniz.

hedef auditoriya

Mövcud hədəf auditoriyanız varsa, onları nəzərdən keçirmək və məlumat toplamaq sizin üçün daha asan olacaqdır. Bu prosesdə onların keçmiş alış-verişlərini araşdıra, alış-veriş etdikləri yerləri müəyyən edə, sorğular apararaq demoqrafik göstəriciləri haqqında məlumat əldə edə, alış-veriş vərdişləri və ödəmə üsulları haqqında məlumat toplaya bilərsiniz. Bu məlumatlar üzərində işləyərək, siz ideal müştəri profiliniz haqqında çoxlu məlumatları aşkar etməyə başlaya biləcəksiniz.

Mövcud hədəf auditoriyanızı dəyişmək istəyirsinizsə, bu zaman keçmiş marketinq, reklam və satış strategiyalarınızı dəyişdirərək, yeni bir planla başlamaq lazımdır. Bu prosesdə çatmaq istədiyiniz və brendiniz üçün uyğun olan ideal hədəf auditoriyanızı yaş, cins, yaşayış yerləri, maraq dairələri, gəlir statusları, internet alış-veriş vərdişlərihansı sosial şəbəkələrdə daha çox aktiv olduqları barədə məlumat əldə edin. Bundan sonra məhsullarınızla əlaqəli ola biləcək yeni müştəri profili haqqında daha ətraflı nəticələr çıxarmağa başlaya biləcəksiniz.

Hədəf Auditoriyanızı Bölün

Hədəf auditoriyanız müxtəlif seqmentlərdən ibarət ola bilər. Bu bölmələri daha da təkmilləşdirmək üçün alt bölmələrinizi yaratmağınız vacibdir, çünki bu seqmentlərə görə fərqli marketinq və reklam işləri apararaq, fərqli qiymət strategiyaları tətbiq etməli olacaqsınız. Hədəf auditoriyanızı seqmentlərə bölərkən aşağıdakı maddələri nəzərə almalısınız:

  • Demoqrafik quruluş
  • Geolokasiya
  • Maraqlar və ehtiyaclar
  • İnternet alış-vərdişləri

Bu bölmələrdən yararlanmaq və hədəf auditoriya təhlili apararkən müştəri profilinizi qruplara yaymaq onlara daha tez, səmərəli və effektiv çatmağınıza da kömək edəcəkdir.

Məhsullarınız Hansı Problemləri Həll Edir?

Hədəf auditoriya təhlili aparmaq üçün məhsullarınızın istehlakçılar üçün hansı problemləri həll etdiyini, onlara necə fayda verdiyini və hansı istehlakçılar üçün daha münasib olduğunu müəyyən etməlisiniz. Bu araşdırmalara cavab verdikdə hansı müştəri profilinə müraciət etməli olduğunuz barədə məlumatınız olacaqdır və bununla yanaşı, bu araşdırmaları aparmaq məhsullarınıza tələbatı artırmaq üçün də çox vacibdir.

Marketinq Kanallarınızı Müəyyənləşdirin

Hədəf auditoriya təhlili prosesində istehlakçılara necə və hansı kanallar vasitəsilə çatacağınızı, ideal hədəf auditoriyanızın hansı sosial media platformalarında vaxtlarını daha aktiv keçirdiyini də müəyyənləşdirməlisiniz. Bununla yanaşı, sosial şəbəkə reklamları, Google Adwords kampaniyaları, influencer marketinq çalışmaları, sponsorlu məzmun kimi fərqli fəaliyyətlərdən müxtəlif zamanlarda istifadə edərək, hədəf auditoriyanıza ən yaxşı şəkildə necə çatacağınızı da öyrənə bilərsiniz.

Bütün suallaranızı bizə yaza bilərsiz.