Strategiya planı şirkətin qısa, orta və uzunmüddətli perspektivdə hansı yolu tutacağını, hansı kanallarla işləyəcəyini, necə inkişaf edəcəyini və hansı mövzulara sərmayə qoyacağını müəyyən edən sənəddir. Bu sənəddə şirkətin maliyyə, marketinq və əməliyyat məsələləri üzrə strategiyasının ümumi planlaşdırılması toplanmışdır. Xüsusilə uzunmüddətli planları həyata keçirmək üçün qısa və orta müddətli prosesdə mərhələ-mərhələ necə bir yol xəritəsinin yaradılmasına dair planlama aparılmalıdır.

Biznes planla müqayisədə, strategiya planı daha qısadır və şirkətin məqsədləri bu planda aydın şəkildə ifadə edilmişdir. Qəbul ediləcək qərarlar və əldə ediləcək hədəflər üçün ölçülərin müəyyən edilməsi və onların icrasına necə nəzarət ediləcəyi də bu plana daxildir. Şirkətinizin uzunmüddətli perspektivdə uğur qazanması və hədəflərinə çatması üçün strategiya planı hazırlanmalıdır. Bu məqaləmizdə isə strategiya planın necə hazırlanmasından bəhs edəcəyik.

Strategiya Planı Necə Hazırlanmalıdır?

Strategiya planı hazırlayarkən diqqət etməli olduğunuz 9 fərqli element var. Onları aşağıdakı kimi sadalaya bilərik:

1. Şirkət Vizyonu

Bu, şirkətinizin uzunmüddətli perspektivdə bazarda necə mövqe tutacağının göstəricisidir. Siz şirkət vizyonunuzu 5 il və ya daha çox müddətdə hazırlaya bilərsiniz. Vizyonunuz şirkətinizin bazar mövqeyi, rəqabət qabiliyyəti və maliyyə gücü kimi əsas xüsusiyyətlərinin gələcək illərdə necə olacağını müəyyənləşdirir.

2. Şirkətin missiyası

Şirkətinizin missiyasına məqsədlərinizi yerinə yetirmək üçün görəcəyiniz iş, əməliyyatlar, investisiyalar və digər təcrübələr daxildir. Sizin missiyanız həmçinin şirkətinizin niyə mövcud olduğunu, istehlakçılara necə kömək etməyə çalışdığını və onlara hansı faydalar gətirdiyini ehtiva edir.

3. Şirkət dəyərləri

Bu, şirkətinizin inandığı və sahib olduğu dəyərləri, iş prinsiplərini, əhəmiyyət verdiyi düşüncə və şirkət mədəniyyətini əhatə edir. Şirkətinizin dəyərləri həm də şirkət mədəniyyətinizin əsas tikinti bloklarını təşkil edir.

4. Rəqabətdəki fərqlər

Strategiya planı hazırlayarkən şirkətinizin sektordakı rəqabətdən necə fərqləndiyini və hansı fərqlərə malik olduğunu dəqiqləşdirmək vacibdir. Bu planda siz həm də rəqabətdəki fərqlərinizi vurğulamaq üçün hansı işlərlə məşğul ola biləcəyinizi və ya sektordakı rəqabətdə daha da önə çıxmaq üçün hansı invesitisalara ehtiyacınız olduğunu da göstərməlisiniz.

5. SWOT analizi

SWOT analizi şirkətinizin güclü və zəif tərəflərini müəyyən etməyə imkan verir. Strategiya planı hazırlayarkən SWOT analizi aparmaq çox vacibdir. Bu sayədə şirkətinizin bəzi cəhətləri önə çıxa bilər. Hansı zəif nöqtələri inkişaf etdirərək, rəqabətdə geri qalmamaq üçün hansı addımları atmalı olduğunuzu da müəyyən edə bilərsiniz.

6. Qısa orta və uzunmüddətli planlar

Strateji planlaşdırma prosesində qısa, orta və uzunmüddətli planlarınızı hazırlamaq faydalıdır. Qısa və orta müddətli planlaşdırma müəyyən mərhələlərə çatmaq üçün hazırlıq mərhələsidir. Kiçik addımları və kiçik mərhələləri planlaşdırmaqla, orta müddətli bir çox addımlar atırsınız. Bu addımlar da vacibdir, çünki onlar sizin uzunmüddətli uğurunuzun əsasını qoyacaqdır.

7. Fəaliyyətlər və tətbiqlər

Növbəti addımınız planlarınızı həyata keçirmək üçün hansı hərəkətləri etməli olduğunuzu və hansı tətbiqlərdən faydalanmalı olduğunuzu planlaşdırmaqdır. Siz həmçinin, strategiya planında marketinq strategiyaları, əməliyyat prosesləri, məhsulun inkişafı, satış və qiymətlər kimi fəaliyyət yönümlü planlarınızın icmalını da hazırlamalısınız.

8. Maliyyə gözləntiləri

Strateji planlamanızda olması lazım olan məsələlərdən biri də maliyyə gözləntiləridir. Siz həmçinin, şirkətinizin maliyyə vəziyyətinin qısa, orta və uzunmüddətli perspektivdə necə olacağına dair proqnozlra yaratmalısınız. Maliyyə gözləntiləri alınacaq investisiyalar və kreditlər, işi genişləndirmək üçün tələb olunan kapital, gəlirlilik kimi bir çox maliyyə məsələlərini bu plana daxil etmək də faydalıdır.

9. Performans təhlili

Srtategiya planı üzərində işinizi və işinizin necə nəticə verdiyini ölçmək üçün performans təhlili meyarları yaratmalısınız. Planınızda hansı ölçülərin ölçüləcəyi, bu ölçmələrin necə aparılacağı və bu hesabatların nə qədər tez-tez ediləcəyi kimi meyarları aydınlaşdırmağınız vacibdir.