CRM (Müştəri Münasibətlərinin İdarə Edilməsi) şirkətlərin bütün müştərilərlə qarşılıqlı əlaqəsini qeyd etmək nəticəsində əldə edilən məlumatlar sayəsində kommersiya əlaqələrini gücləndirmək və gəlirliyi artırmaq üçün istifadə etdikləri texnologiya, strategiya və təcrübələrin bütünüdür.
CRM Sistemi Nədir?
CRM termini bu gün daha çox müştəri münasibətlərinin idarə edilməsi ehtiyacları üçün hazırlanmış proqram həllərini təsvir etmək üçün istifadə olunur. CRM həlləri şirkətlərə müştəri qarşılıqlı əlaqələrinin bir mənbədən qeyd oluna biləcəyi və satış prosesinin izlənilə biləcəyi platforma təklif edir. Bunun nəticəsində isə daha yaxşı ünsiyyət, daha yaxşı müştəri xidməti, daha yaxşı idarə olunan satış təşkili və daha çox satış təmin edir.
“Müştəri Münasibətlərinin İdarə Edilməsi” mənasını verən CRM, şirkətlərin mövcud və ya potensial müştəriləri ilə qurduqları əlaqəni ən səmərəli, təsirli, həlledici və ən gəlirli şəkildə qurmaq üçün istifadə etdikləri üsulları əhatə edir.
CRM Nə İş Görür?
Tipik bir CRM həlli, müştərilərlə ilk əlaqədən satış sonrası xidmətlərə qədər bütün satış mərhələlərinin asan izlənilməsi üçün bir çox funksiyaları ehtiva edir. Şirkət menecerləri satış təşkilini idarə etmək, satış performansını ölçmək və prosesləri təkmilləşdirmək üçün CRM həllərindən istifadə edir. Menecerlər satış üçün təkliflər hazırlamaq, sifarişləri izləmək, keçmiş satışlara daxil olmaq və bütün məlumatları qeyd etmək üçün CRM istifadə edir və istədikləri zaman bu məlumatlara qısa zamanda daxil ola bilirlər.
Saysız-hesabsız e-poçtlarda, müxtəlif excel fayllarında və əlyazma qeydlərində gizlədilmiş müştəri məlumatlarının əvəzinə, CRM-də müəyyən ardıcıllıqla saxlanılan məlumatlar bir şirkətin bütün işçilərinə lazım olan zaman lazımi məlumatı əldə etmək imkanı verir. CRM-dən istifadə edən bir şirkətin ofisinə zəng etdikdə, telefona cavab verən şəxs müştərini tanımasa belə, onlar tez bir zamanda bütün qeydlərə daxil olub xidmətini davam etdirə və müştərinin yeni istəklərini CRM-də saxlaya bilər ki, komanda yoldaşları onları görə bilər.
CRM Bizneslərə Nə verir?
Bu bir həqiqətdir ki, bu gün müştərilərinin ehtiyac və tələblərini düzgün həll edən şirkətlər uğurlarını artırır. Ancaq bu təhlili düzgün aparmayan və ya buna əhəmiyyət verməyən şirkətlər isə günü-gündən geriləməyə məhkumdur. Bu nöqtədə CRM öz perspektivlərini dəyişdirmək və həqiqətən müştəri münasibətlərində fərq yaratmaq istəyən şirkətlərə həllər təklif edir. CRM proqram təminatı ilə müştəri və brend arasındakı əlaqə möhkəmlənir; bu, insanın özünü xüsusi hiss etməsi və şirkətə sadiqliyini artırmaq məqsədi dəyişir. Bunun üçün marketinq, satış və texniki xidmət idarəçiliyi yaxşı texniki infrastrukturlara aparılmalıdır.
CRM-in Üstünlükləri Nələrdir?
Əvvəllər CRM həlləri quraşdırma xərclərinə, uzun və mürəkkəb təlimlərə görə yalnız iri miqyaslı korporativ şirkətlər tərəfindən istifadə olunurdu. Bu gün bulud texnologiyasının inkişafı, daha asan və istifadəyə yönəlmiş proqram təminatının ortaya çıxması ilə kiçik müəssisələr də CRM həllərinin bütün üstünlüklərindən yararlanmağa başlayıblar.
Bulud əsaslı CRM-lər infrastruktur, texniki xidmət və quraşdırma xərclərini aradan qaldırsa da, internetlə istənilən yerdən müştəri və satış məlumatlarına çıxışı təmin edir. Mobil proqram dəstəyi təklif edən bir CRM ilə; sahədə çalışan qruplar, müştərilərlə görüşə gedən satıcılar, xidmətə gedən xidmət personalı lazım olan bütün məlumatları əldə edə bilir. Eyni zamanda, məlumatları daxil edərək ofisə qayıtmadan komanda yoldaşları ilə də paylaşa bilir.
CRM Seçərkən Nələrə Diqqət Edilməlidir?
CRM həlləri tədqiq edildikdə, həllər arasında ümumi oxşarlıqlar var, lakin bu həllərin bəzi əsas fərqləri də müşahidə olunur. İstifadə etmək üçün həll yolu seçərkən şirkətlər ilk növbədə ehtiyaclarını yaxşı analız etməli və bu ehtiyacları ödəyəcək və bütün komandanın rahat şəkildə istifadə edə biləcəyi həll yoluna müraciət etməlidirlər.
CRM həllinin müəyyən edilməsində qiymət mühüm bir kriteriya kimi görünsə də, real həyatda ən mühüm kriteriya onun istifadə asanlığıdır. Komandanızın istifadə edə bilmədiyi və effektivlik əldə edə bilməyəcəyi bir CRM həlli üçün nə qədər pul ödədiyinizin əhəmiyyəti yoxdur.
Bəs CRM üçün tövsiyə olunan bir proqram varmı?
TeamGream satışları artırmaq və satış nümayəndələrinin əməliyyat işini artırmaq, həmçinin daxili ünsiyyəti, əməkdaşlığı və biznes səmərəliliyini artırmaq üçün bulud əsaslı CRM həllidir. İstifadəsi asan və başa düşülən interfesyi, Android və İOS proqramları sayəsində ətraflı təlimə ehtiyac olmadan satışların böyüməsini sürətləndirməyə kömək edir.