Biznes kreditləri iqtisadiyyatın sabit artımını dəstəkləmək məqsədilə biznesin maliyyə ehtiyaclarını ödəyən və əlverişli şərtlər ilə verilən kreditlərdir. Biznes kredit növlərini aşağıdakı kimi sıralamaq olar:

  • İxrac yönümlü dövriyyə kapitalı kreditləri: Bəzi banklar kiçik və orta sahibkarların ixrac yönümlü fəaliyyətinə dəstək üçün öz daxili vəsaitləri hesabına “ixraca dəstək” kredit məhsullarını təqdim edirlər. Bu məhsuldan istehsal və kənd təsərrüfatı ilə məşğul olaraq öz məhsulunu xaricə ixrac edən hər bir sahibkar o cümlədən, yeni müştərilər də istifadə edə bilər.
  • Kiçik və orta biznes kreditləri: Əksər banklarda ölkə iqtisadiyyatının əsasını təşkil edən kiçik və orta biznes kredit növləri üçün ayrıca şöbə var. Bununla yanaşı, banklar kiçik və orta bizneslərin bütün maliyyə ehtiyaclarını ödəyən xüsusi dəstək paketləri də təklif edirlər.
  • Aqroinkişaf krediti: Bank və Kənd Təsərrüfatı Nazirliyi vasitəsi ilə təqdim olunan və aşağı faizli kredit növü demək olar ki, bütün banklar tərəfindən dəstəklənir. Xüsusilə kənd təsərrüfatı bankçılığı anlayışı ilə xidmət göstərən banklar fermerlərin mövsümi pul axınlarını nəzərə alaraq müxtəlif kredit paketləri ilə müəssisələrə maliyyə həlləri təklif edir.

Biznes Krediti Kimlərə Verilir?

Biznes kreditini kredit növündən asılı olaraq, fərdi sahibkarlara və hüquqi şəxslərə xarici və yerli valyutada birdəfəlik kredit və ya bərpa olunmayan kredit xətti formasında əldə edə bilərlər.

Aqrar fəaliyyətlə məşğul olan sahibkarlar və hüquqi şəxslər üçün isə bizneslərinin inkişafı məqsədilə yerli və xarici valyutada kredit məhsullarını tədqim edən banklar mövcuddur. Kredit məhsulu müştərilərin kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuşdur.

Biznes Kreditlərinin Üstünlükləri Nələrdir?

Biznes kreditlərində ödənişlərin planlaşdırılması biznesin ehtiyacları ilə paralel qurulur. Əksər banklar iqtisadiyyatı davam etdirmək üçün müxtəlif maliyyələşdirmə modelləri təklif edirlər. Eyni zamanda, kreditlərin faiz ödənişləri müəssisələrin pul vəsaitlərinin hərəkətinə uyğun olaraq, rüblük dövrlərdə yenidən təşkil edilir. Aşağı faizli biznes kreditləri ilə şirkətlər əlavə kapital axtarmadan öz əməliyyatlarının genişləndirə bilərlər.

Bankların Biznes Kredit Şərtləri Nələrdir?

Bankların biznes kreditləri üçün təqdim olunan kredit şərtləri müraciət olunan kredit növündən asılı olaraq dəyişir. Bəzi banklar kredit alanın ən azı 1 il müddətində biznes fəaliyyəti ilə məşğul olmasını tələb olunan ilk şərtlərdən biri etdiyi halda, bəzi banklar isə sadəcə bak kartının olması ilə kifayətlənir. Kredit şərtlərini ətraflı şəkildə izah etməli olsaq;

Kapital bankın borcalanlara qarşı tələbləri:

  • Müştəri fərdi sahibkar və ya hüquqi şəxs olmalıdır;
  • Cari biznesdə ən azı 1 il fəaliyyət göstərməlidir;
  • Biznes mənfəətlə işləməlidir.

Unibankın borcalanlara qarşı tələbləri:

  • Kənd təsərrüfatı kreditləri VÖEN sahibi olan sahibkarlara verilir.
  • İstehsal kreditləri VÖEN sahibi olan sahibkarlara verilir.
  • Girov daşınmaz əmlakla yanaşı, daşınar əmlak (avadanlıq) da qəbul olunur.

Azərbaycan Beynəlxalq Bankın (ABB) borcalanlara qarşı tələbləri:

  • Mikro kreditlər üçün ABB-dən əmək haqqı və ya pensiya kartının olması;
  • Azərbaycan Respublikasının vətəndaşı olması.

Bu şərtlərə cavab verənlər banklardan biznes kreditləri üçün rahatlıqla müraciət edə bilərlər. Tələblərə cavab verməyən şəxslər isə bankların tələb etdiyi əlavə məlumat və sənədləri təqdim etməklə müraciət prosesinə başlaya bilərlər.