E-ticarət saytınızın axtarış sistemlərində yaxşı görünməsi, düzgün indeksləşdirilməsi və axtarış sorğuları vasitəsilə veb saytınıza trafik cəlb etməsi üçün düzgün SEO strategiyalarını həyata keçirməlisiniz. SEO strategiyalarının hazırlanması saytdakı məzmununuzu daha effektiv şəkildə hazırlamağa kömək edir. SEO işinizi etməzdən əvvəl SEO təhlili aparmaq və bu strategiyaları yaratmaq çox vacibdir və onları yaradarkən isə diqqət eməli olduğunuz bir sıra elementlər var.
SEO Strategiyası Nədir?
Bu günün SEO strategiyası saytdakı məzmunu mövzularına uyğun təşkil etməkdir. Bu mövzuların təşkili axtarış motorlarına saytın məzmununu düzgün təhlil edib indeksləşdirməyə və istifadəçilərin ehtiyaclarına uyğun axtarış nəticələrini təqdim etməyə imkan verir. SEO strategiyasını həyata keçirmək üçün müraciət edə biləcəyiniz bir sıra təlimatlar var. Həmin təlimatları isə aşağıdakı kimi sıralamaq olar:
1. Hədəflərinizi Təyin Edin
SEO strategiyanızı yaradarkən ilk növbədə şirkətinizin məqsədlərini müəyyənləşdirməlisiniz. Bu məqsədləri təyin edərkən şirkətinizin vizyonunu, istifadəçilərə təqdim etdiyi faydaları, məhsulların istifadəçilər üçün hansı dəyəri yaratmaq istədiyini və şirkətin güclü və zəif tərəflərini aydınlaşdırmalısınız. Bunları aydınlaşdırdıqda, SEO səylərinizi necə izləyə biləcəyinizi daha yaxşı başa düşəcəksiniz və strategiyalarınızı bu dəyərlər üzərində qurmağa başlayacaqsınız.
2. Mövzu Başlıqlarının Siyahısını Tərtib Edin
SEO tədqiqatlarında açar sözlər prioritet kimi görünsə də, əsas prioritetiniz mövzu başlıqlarında olmalıdır. Saytınızı ön plana çıxaracaq, işinizi və məhsullarınızı ən yaxşı şəkildə təsvir edəcək mövzu başlıqlarınızı təyin etməklə başlamaq daha doğru bir yanaşma olacaqdır. Mövzu başlıqlarınızı təyin edərkən daha ümumi yanaşa bilərsiniz. Lakin daha sonra bu mövzularla əlaqəli açar sözləri seçərkən axtarışınızı daralda bilərsiniz.
Mövzu başlıqlarınızı seçərkən, bu başlıqların axtarış həcmlərini və rəqabət dərəcələrini nəzərə almağa diqqət yetirin. Mövzuların siyahısını tərtib etdikdən sonra indi qısa açar söz birləşmələrinizi yaratmağa başlaya bilərsiniz. Axtarış həcminə və qısa açar sözlər arasında rəqabətə görə sizə ən yaxşı performansı verəcək ifadələri seçin və siyahınızı daraltmağa başlayın.
3. Long Tail Açar Söz Qruplarını Müəyyənləşdirin
Qısa açar söz ifadələrinizi müəyyən etdikdən sonra long tail keywordslar sayəsində uzun müddətdə trafik və daha çox niş əldə edə bilərsiniz. Bununla belə, daha uyğun hədəf auditoriyaya çatmağınıza imkan verəcək long tail açar sözlərinizi müəyyən etməyə başlaya bilərsiniz. Long tail açar sözlər hətta aşağı axtarış həcmi ilə belə daha çox cəlb olunan auditoriyanı cəlb edəcəkləri üçün yüksək dönüşüm nisbətlərinə malikdir.
4. Hər Mövzu Başlığı Üçün Səhifələr Yaradın
SEO işinizin səmərəliliyini artırmaq üçün mövzularınızın hər biri üçün müxtəlif səhifələr yaratmağa başlaya bilərsiniz. İkinci maddədə qeyd etdiyimiz mövzu başlıqlarını ətraflı şəkildə əhatə edəcək bu səhifələri hazırladıqdan sonra long tail açar sözlərinizi istifadə etməyə başlayın. Beləliklə, bu təfərrüatlı məzmunlu səhifələrə orqanik trafik cəlb etdikdə, ziyarətçilərin diqqətini daha yaxşı çəkməyə başlaya bilərsiniz. Bu ətraflı məlumat, xüsusilə də long tail açar sözlərindən gələnlər üçün daha faydalı olacaqdır.
5. Bloq Bölməsi Yaradın
E-ticarət saytları üçün bloq yaratmaq uzunmüddətli perspektivdə saytın yenilənməsi, orqanik trafik əldə etmək və yeni hədəf auditoriyaya çatmaq üçün çox vacibdir. Bloq bölməsindəki məzmununuzda long tail açar söz qruplarınızı idarə edə bilərsiniz, həmçinin şirkətiniz və ya xidmətinizlə bağlı sizə müəyyən trafik gətirəcək müxtəlif məzmunlar da hazırlaya bilərsiniz.
Trafikinizi orqanik şəkildə əldə etməklə yanaşı, sosial mediada bu məzmundan qarşılıqlı əlaqə əldə edə, izləyicilərinizi saytınıza cəlb edə və bu istifadəçilərdən rəy də ala bilərsiniz. Bloq bölmənizdə məzmun hazırlanmasında nizamlılığın olması da çox vacibdir. Bu səbəbdən, bloq məzmununuz üçün bir kontent plan yaratmalı və bu plana uyğun olaraq müyyən zaman intervallarında məqalə paylaşaraq nizamlılığınızı qorumalısınız.
Veb saytınız üçün SEO Analizini və SEO Strategiyalarının Yaradılmasını peşekar komanda ilə birlikdə etmək istəyirsinizsə, BOOMDİGİTAL xidmətlərindən yararlana bilərsiniz!
Bütün suallaranızı bizə yaza bilərsiz.