Rəqəmsal marketinq kommersiya müəssisələrinin hədəf auditoriyasındakı insanlara çatmaq üçün internetdə, sosial media platformalarında və mobil proqramlarda həyata keçirdikləri reklam və icmal fəaliyyətlərinə verilən addır. Adətən brendlər, marka şüurunu artırmaq, hədəf auditoriyasına çatmaq, ziyarətçiləri cəlb etmək və satışları artırmaq üçün rəqəmsal marketinq fəaliyyətləri həyata keçirirlər.
Rəqəmsal marketinq rəqəmsal mühitlərdə məhsul və xidmət icmallarını əhatə edən və qısa bir girişlə izah edilə bilməyəcək qədər geniş bir termindir. İnternetin gücü və mobilin inqilabı ilə ticarət və marketinq anlayışındakı dəyişiklik rəqəmsal marketinqi doğurmuşdur. Rəqəmsal marketinq kanallarına internet, axtarış sistemi, sosial media, mobil proqramlar və s. daxildir. Reklam və satış strategiyaları üçün internet bağlantısı ilə əldə edilə bilən hər bir sahəni qiymətləndirmək rəqəmsal marketinqin özüdür.
Rəqəmsal Marketinqin Faydaları Nələrdir?
Əvvəlki dövrlərlə müqayisədə bu gün internetdən istifadə iki dəfə artmış və istifadəçilər öz ehtiyaclarını internet üzərindən qarşılamağa başlamışlar. Ənənəvi marketinq üsullarını kənarda qoyan rəqəmsal marketinq bu gün çox tələb olunan bir sistemdir. Digər marketinq metodlarından fərqli olaraq, rəqəmsal marketinq marketoloqlara real vaxtda dəqiq nəticələri görməyə və daha çox auditoriyaya çatmağa imkan verir. Rəqəmsal marketinqlə siz hədəf auditoriyanıza birbaşa çata və reklamdan əldə etdiyiniz səmərəliliyi artıra bilərsiniz.
Digər tərəfdən, rəqəmsal marketinqin köməyi ilə siz reklamın müvəffəqiyyət dərəcəsini ölçmək üçün marketinqin demək olar ki, hər bir aspektinin ROI dərəcəsini ölçə və təhlil edə bilərsiniz. Bu interaktiv platforma ilə siz müştərilərin ehtiyac və reaksiyalarına anında cavab verə və sektorda aktiv qala bilərsiniz. Rəqəmsal marketinq daha çox potensial müştərilərə, daha dəqiq auditoriyaya, daha sürətli və effektiv şəkildə çatmaq üçün işləyən strategiyalar toplusudur.
Rəqəmsal Marketinq Strategiyaları Nələrdir?
1. Axtarış motorunun optimallaşdırılması (SEO)
Son illərin TrendTopic siyahısından düşməyən termin olan SEO rəqəmsal marketinqin əsasını təşkil edən və ən çox istifadə edilən strategiyalardan biridir. E-ticarət saytını axtarış sistemi qaydalarına uyğunlaşdıran və nəticələrin müvafiq axtarışlarda üst sıralarda olmasını təmin edən bir strategiyadır.
2. Məzmun marketinqi
Məzmun marketinqi maliyyə gəlirindən daha çox inam yaradan bir strategiyadır. Satış ideyasına əsaslansa da, məzmun marketinqi ilə hədəf auditoriyanın diqqətini cəlb etmək, onların etibarını qazanmaq, təlim və məlumatlandırma kimi brend dəyərini arıtran hərəkətləri həyta keçirmək mümkündür. Mövcud müştərilərin müştəri olaraq qalmasında mühüm rol oynayan məzmun marketinqi, ardıcıl idarə olunduğu zaman potensial müştəriləri yeni müştərilərə çevirmək gücünə malikdir.
3. E-poçt marketinqi
Rəqəmsal marketinq strategiyaları arasında konkret hədəf auditoriyaya birbaşa çata bilən ən mühüm marketinq üsullarından biri e-poçt marketinqidir. E-poçt marketinqi məhsul və xidmətin təşviqi, təklif, məlumat kimi kommersiya maraqları olan hərəkətlərin e-poçt vasitəsilə həyata keçirilməsidir. Mövcud və ya potensial müştərilərə birbaşa məlumat verildiyi üçün dönüşüm nisbəti kifayət qədər yüksəkdir.
4. Sosial media marketinqi
Sosial media marketinqi məhsul və xidmətlərin sosial şəbəkələrdə təbliği prosesidir. E-ticarət sahibləri tərəfindən çox vaxt bu strategiyaya üstünlük verilir, çünki bu strategiya aşağı büdcə ilə böyük kütlələrə çatmağı təmin edir. Sosial şəbəkələrin təklif etdiyi marketinq alətləri ilə xüsusi reklamlar yaradıla biləcəyi üçün maksimum səmərəliliyi təmin edir.
5. İnfluencer marketinqi
İnfluencer marketinq rəqəmsal marketinq fəaliyyətləri vasitəsilə məhsullarını xidmətlərini və brendlərini tanıtmaq istəyən müəssisə və bizneslər tərəfindən ən çox istifadə olunan rəqəmsal marketinq strategiyalarından biridir. Brendlər influencer marketinqi ilə məşğul olarkən Instagram, Facebook, Youtube, Tiktok kimi sosial media platformalarında çox sayda izləyicisi və ya abunəçisi olan hesablarla əməkdaşlıq edirlər.