Niş marketinq dediyimiz zaman, kiçik hədəf auditoriyasının hədəfləndiyi və daha konkret bir qrupa ünvanlanan məhsul və xidmətlərin formalaşdığı bazar hədəflənir və niş bazarını müəyyən etmək üçün isə qiymət, demoqrafik vəziyyət, keyfiyyət səviyyəsi və coğrafi vəziyyətlər nəzərə alınır. Niş marketinq konsepsiyası hədəf bazara yönəlmiş bir reklam strategiyasıdır. Bu strategiyada məhsul və ya xidmətdən faydalana bilən hər bir kəsə ayrıca marketinq işi görmək əvəzinə, yalnız bir qrupa yönəlmiş strategiyalar ehtiva olunur.
Niş Marketinqin Üstünlükləri Nələrdir?
Niş marketinqində daha az rəqabət onun ən böyük üstünlüklərindən biridir və niş marketinqdə şirkətlər bazar liderləridir. Buna görə də, şirkətlər qiymət inhisarından qorunurlar, digər tərəfdən isə güclü müştəri əlaqələri, sektorun davamlılığı və müştəri loyallığı baxımından ön plandadır. Ümumi olaraq, niş marketinqinin üstünlüklərini qeyd etməli olsaq, onun faydalarını aşağıdakı şəkildə sadalaya bilərik;
- Niş marketinqində rəqabət az olduğundan dolayı, bu üstünlük biznesin böyüməsinə və qısa zamanda məqsəd və hədəflərinə çatmasına kömək edir.
- Brendlərə fərq yaratmağa imkan verərək, brend reputasiyasının yaradılmasına töhfə verir və sektordakı rəqiblər arasında diqqəti cəlb etməyə imkan verir və brendə dəyər əlavə edir.
- Hədəf auditoriyaya çatmağa və toxunmağa imkan verən niş marketinq, dinamikləri ehtiva edir və müştərilərlə əlaqə qurmaqda və daimi müştərilər yaratmaqda effektivdir.
- Fərdi marketinq üsulları ilə güclü brend yaratmaqda təsirli olan niş marketinqin digər üstünlüklərindən biri də müştəri təcrübəsi və müştəri məmnuniyyətinin təmin edilməsini yaratmaqdan ibarətdir.
Niş Bazarını Necə Müəyyən Etmək Olar?
Güclü tərəflərinizi və maraq dairələrinizi müəyyənləşdirin: Brendlər nə təklif etdiklərini və nəyi yaxşı bacardıqlarını göstərməklə işə başlamalıdırlar. Ən yaxşı niş marketinq strategiyaları brendinizin unikal güclü və perspektivlərində rol oynayır. Beləliklə, brendinizin, komandanızın və təkliflərinizin xüsusi və müstəsna keyfiyyətləri haqqında düşünün, çünki niş marketinq ən çox əlaqə qurmaq istədiyiniz insanlarla sektora diqqət yeyirmək üçün əla bir fürsətdir.
Rəqib araşdırması aparın: Hansı növ marketinqlə məşğul olmaq istədiyiniz barədə təsəvvürünüz olduqdan sonra ideyanızın bazarda hansı mövqe tutduğunu araşdırın. Bu sektorda rəqiblərin olub-olmadığını və bu brendlərin hazırda nə etdiyini görmək üçün rəqabət təhlili aparın. Bundan əlavə, hədəf bazarınızda çatışmazlıq olub-olmaması və müştəri gözləntilərinin nə dərəcədə qarşılandığı barədə də məlumat əldə edin.
Potensial müştərilərinizin gözləntilərini təhlil edin: Niş marketinq üçün ideya və ilham əldə etməyin başqa bir yolu da hədəf auditoriyanıza yaxından baxmaq və onların həqiqətən nə istədiklərini və ehtiyaclarını müəyyən etməkdir. İdeal müştərinizi tanımaq; onlara daha yaxşı məhsul və ya xidmət təklif etməyə kömək edə bilər.
Bütün suallaranızı bizə yaza bilərsiz.