Bu gün Instagram brend məlumatlılığı, məhsulun tanıtımı və izləyicilər ilə əlaqə qurmaq üçün istifadə olunan ən populyar sosial şəbəkə kimi seçilir. Facebook-un reklam modellərinin də bu platformada istifadə oluna bilməsi markaların sosial media reklamları üçün bu platformaya üstünlük verməsini təmin edir. Bu məqaləmizdə isə sizin üçün Instagram reklamlarını necə yarada biləcəyinizi ətraflı izah edəcəyik.

1. Hesabınızı Facebook-a qoşun

Instagram reklamları Facebook Ads Manager platforması vasitəsilə idarə olunur. Bu səbəbdən Instagram hesabınızı Facebook Reklam Meneceri vasitəsilə aktivləşdirməlisiniz. Bu üsula əlavə olaraq, Instagram hesabınızın “Parametrlər” bölməsinə daxil olaraq “Biznes Profilinə Keç” seçimi ilə hesabınızı reklam etmək üçün təyin edə bilərsiniz. Bunun üçün Facebook və reklam hesabınız olmalıdır.

2. Reklam Məqsədinizi Seçin

Növbəti addımda reklamınızın məqsədini seçməlisiniz. Instagram-da müxtəlif məqsədlər üçün reklam yarada bilərsiniz. Facebook Reklam Menecerinə daxil olub yeni reklam yarat dedikdən sonra bir ekran görəcəksiniz. Bu ekranda siz özünüzə uyğun hədəf seçərək reklam kampaniyalarınızı yarada bilərsiniz. Əvvəlcə bu reklamları bir-bir izah edək.

Məlumatlılıq

Məlumatlılıq kateqoriyası altında iki fərqli reklam modeli var:

  1. Brend məlumatlılığını artırın: Reklamınızla maraqlana biləcək hədəf auditoriya üçün reklamlar yaratmağa imkan verir. Bu reklamlar marka məlumatlılığını təmin etmək üçün təyin etdiyiniz hədəf auditoriyaların diqqət mərkəzində göstərilir.
  2. Reach: Bu, yazılarınızın mümkün qədər çox insana çatdırılmasını təmin edərək, sizin səhifə ilə əlaqənizi və qarşılıqlı əlaqənizi artırır.

Dəyərləndirmə

Dəyərləndirmə kateqoriyası altında da 5 fərqli reklam modeli var.

  1. Trafik: Bu modelin məqsədi veb saytınıza göndərilən trafiki mümkün qədər artırmaqdır. Klik edilən yazılar yaratmaqla, reklamı görən hədəf auditoriyanın bu yazılar vasitəsilə veb sayta yönləndirilməsi təmin edilir.
  2. Qarşılıqlı əlaqə: Instagramda qarşılıqlı əlaqənizi artırmaq üçün istifadə olunan bir reklam modelidir. Bu, hədəf auditoriyaya şərhlər və bəyənmələr kimi hərəkətlər etməyə imkan verir.
  3. Proqram quraşdırmaları: Mobil proqram quraşdırmalarını artırmaq üçün və mobil tətbiqin endirmə səhifəsinə yönləndirmək üçün istifadə edə biləcəyiniz bir reklam modelidir.
  4. Video baxışları: Məhsulun tanıtımı, konsultasiya və ya əyləncə üçün hazırladığınız videoların baxış sayını artırmaq və trafik təmin etmək üçün istifadə olunacaq reklam üsuludur.
  5. Potensial müştərilərin tapılması: Bu reklam modeli ilə siz biznesinizlə maraqlana biləcək hədəf auditoriyadan müştəri məlumatlarını toplaya bilərsiniz.

Dönüşüm

Dönüşüm reklamı kateqoriyası altında 3 fərqli reklam modeli var:

  • Dönüşümlər: Reklam verdiyiniz hədəf auditoriyanın əlaqə məlumatlarını tərk etmək və ya üvz olmaq kimi müəyyən bir hərəkəti yerinə yetirmək üçün istifadə edə biləcəyiniz bir reklam modelidir.
  • Məhsul katoloqu satışı: Əgər biznesinizin Facebook mağazası və ya katoloqu varsa, reklam modeli ilə Instagram reklamlarınızda bu katoloqda olan məhsulları ön plana çıxara bilərsiniz.
  • Mağaza ziyarətləri: İstifadəçiləri fiziki məkana yönəltmək üçün bu reklam modelindən istifadə edə bilərsiniz. Xüsusilə fiziki mağazalar və ya sərgi salonları olan e-ticarət şirkətləri üçün bu reklam modeli istifadəçiləri fiziki məkanlara cəlb etmək üçün faydalı ola bilər.

Reklam məqsədlərindən birini seçməklə siz öz reklam kampaniyanızı yaratmağa başlaya bilərsiniz. Bu məqsədlərdən birini seçdiyiniz zaman kampaniyanıza ad da verə bilərsiniz. Onun adlandırılması kampaniyanızı daha asan izləməyə kömək edir. Birdən çox reklam kampaniyası yaratdığınız zaman bu kampaniyaları daha asan izləyə bilərsiniz. Sonra “davam et” düyməsini sıxaraq növbəti səhifəyə keçə bilərsiniz.

3. Reklam Modelinizi Seçin

Bu səhifədə əvvəlcə hədəf auditoriya parametrlərini təyin etməlisiniz. Bütün reklamlarda olduğu kimi, Instagram reklamlarında da hədəfləmə çox vacibdir. Düzgün auditoriyaya çataraq, reklam büdcənizin daha effektiv bir şəkildə istifadə oluna bilməsi üçün düzgün hədəfləmə etməlisiniz. Hədəfləmələrinizi hazırlayarkən bir çox fərqli məqamlardan faydalana bilərsiniz:

  • Yaş
  • Cins
  • Məkan (şəhərlərə görə ayrı-ayrı elanlar verilə bilər və ya birdən çox yer seçilə bilər)
  • Dil
  • Uyğunluğa görə hədəfləmə (göstərdiyiniz demoqrafik göstəricilərə uyğun gələn insanların hədəflənməsi)

Bu parametrlər arasında ətraflı araşdırma apararaq, hədəf auditoriyanızı daraltmaqla daha yaxşı reklam performansı əldə edə bilərsiniz. “Auditoriya Ölçüsü” diaqramı seçimlərinizin nə qədər dar və ya geniş olduğunu sizə göstərir. Bu hədəfləmənin çox geniş qurulması reklamınızın sizə uyğun olmayan insanlara çatmasına səbəb ola bilər.

4. Reklam Sahələri

Avtomatik yerləşdirmə seçimi, çox güman ki, hədəf auditoriyanıza daha yaxşı çıxış təklif edəcək və reklamlarınızı avtomatik olaraq yerləşdirməyə imkan verəcək. Reklam yerlərinin redaktə edilməsi seçimində siz reklamlarınızın dərc olunacağı yerləri müəyyənləşdirirsiniz. Bu seçim reklam idarəçiliyində daha peşekar olan insanlar üçün daha uyğundur.

5. Büdcə və Planlaşdırma

Bu bölmədə siz reklamınıza sərf edəcəyiniz büdcəni seçə bilərsiniz. Büdcənizi gündəlik və ya ümumi büdcə kimi seçə bilərsiniz. Gündəlik büdcə seçdiyiniz zaman reklamınızı izləməlisiniz. Ümumi büdcəni seçsəniz, reklamınız üçün tələb olunan bütün büdcəni təyin edirsiniz. Bununla yanaşı siz həmçinin reklamınızın nə vaxt başlayacağını və bitəcəyini seçə və başlanğıc və bitmə tarixini də təyin edə bilərsiniz.

6. Müvafiq Facebook və Instagram Hesabı Seçin

Büdcə prosesi başa çatdıqdan sonra müvafiq hesabınızı seçmək üçün “davam et” düyməsinə klikləyin.

7. Reklamı Yaradın

Bu bölmənin yuxarı hissəsində müvafiq hesabınızı seçdikdən sonra Format bölməsini görəcəksiniz. Format bölməsi vasitəsilə siz reklamınızın necə görünəcəyini seçə bilərsiniz.

Carousel, Single Image, Single Video, Slide Show formatlarından birini seçərək reklamınızın formatını müəyyən etdikdən sonra vizual və mətn proseslərinə keçə bilərsiniz. Elanınızın mətnini istədiyiniz kimi yarada bilərsiniz. Mətnlərinizi tərtib edərkən Hastag-lardan istifadə həm də bu hashtagları izləyən insanlarla əlaqə saxlama imkan verir. Həmçinin, siz reklam dəstinizdə istifadə edəcəyiniz şəkilləri də redaktə edə bilərsiniz.

Bu əməliyyatları yerinə yetirdikdən sonra siz reklam kampaniyanızın əməliyyatlarını tamamlayırsınız. “Sifariş ver” düyməsini sıxaraq reklamınızı nəzərdən keçirmək üçün təqdim edə bilərsiniz. Reklamınız 24 saat ərzində təsdiqlənəcək və aktivləşdiriləcəkdir. Siz Facebook Ads Manager vasitəsilə reklamlarınızın performansını və investisiya gəlirinizi izləyə bilərsiniz.