Bir şirkətin effektiv və güclü şəkildə böyüməsi üçün marketinq kanalları ilə məhsulun inkişaf etdirilməsi prosesi arasında səmərəli və sürətli sınaq prosesinə growth hacking deyilir. Azərbaycan dilinə tam tərcüməsi mümkün olmayan bu termini ilk dəfə 2010-cu ildə Hacking Growth kitabının müəllifi Sean Ellis işlədib. Growth Hacking e-ticarət layihələri və digər veb saytların böyüməsi üçün yeni yolların axtarışı prosesinə aiddir. Sürətli artımı təmin edən metodun sahəsi kifayət qədər genişdir. Growth hacking müəyyən bir şirkət, sosial şəbəkə və ya yeni bir layihənin inkişafı üçün də istifadə edilə bilər.

Growth Hacking Metodları Hansılardır?

Growth Hacking prosesində rəqəmsal marketinqdən də məlum olan 5 əsas üsuldan istifadə edilir və bu üsullara adətən AARRR deyilir. Həmin üsulları aşağıdakı kimi sadalaya bilərik:

  1. Alınma (Acquisition): Ən aşağı qiymətlərlə istifadəçilər tapmaq üçün edilən çalışmalardır. Buna misal olaraq, SEO və reklam işlərini göstərmək olar.
  2. Aktivləşdirmə (Activation): Bu, veb saytı ziyarət edən istifadəçilərlə olan qarşılıqlı əlaqələrdir.
  3. Bağlılıq (Retention): Sayta daxil olan istifadəçilərin yenidən sayta daxil olmasını təmin etmək üçün görülən işlərdir.
  4. Tövsiyə edilmə (Referral): Ən təsirli üsullardan biri olan referral metodu, istifadəçilərin sizi başqalarına tövsiyə etməsinə imkan verir. Saytda məzmun, məhsul və xidmətlərin paylaşılmasını təşviq etmək üçün tədbirlər görülə bilər.
  5. Gəlir (Revenue): Bu gəlir modelinin yaradıldığı growht hacking üsuludur. Bu üsulla məhsul satışından, ödənişli məzmundan və buna bənzər gəlirlərdən gəlir əldə etməyin yollarını tapmaq və potensial müştəriləri real müştəriyə çevirmək mümkündür.

E-ticarətdə Growth Hacking Marketinqinin Əhəmiyyəti Nədir?

Growth Hacking marketinqi həm fiziki, həm də onlayn biznes üçün faydalı strategiyaları özündə ehtiva edir. Potensial müştəriləri cəlb etmək, real müştəriyə çevirmək və onları saxlamaq üçün bu günkü digital marketoloqların istifadə etdiyi bütün aparıcı taktikalardan da e-ticarətdə istifadə olunur. Elektron ticarətdə artım göstəriciləri olduqca müxtəlifdir. Rəqabət mühtinin yüksək səviyyədə olduğu e-ticarətdə growth hacking marketinq ölçüləri dedikdə aşağıdakıları sadalaya bilərik:

  • SEO və məzmun marketinqi
  • E-poçt marketinqi
  • Sosial media marketinqi
  • Ödənişli reklamlar
  • Remarketinq

Growth Hacking marketinqi və SEO arasındakı əlaqə nədir?

İnsanlar hələ də internetdə hər zaman axtarış aparır və SEO axtarış motorlarının ən vacib dinamikasıdır. Bu, bizneslərin böyüməsi və axtarış sistemlərində görünməsi ilə çox bağlıdır. Bizneslərin orqanik böyüməsinə töhfə verən SEO saytların trafikini, brend məlumatlılığını və bizneslərin əlçatanlığını artırmağa kömək edir.

SEO orqanik axtarışda trafik və sayt görünməsini artırmaq üçün growth hacking marketinqinin vacib hissəsidir. Böyüməni artırmaq üçün isə məzmun, link, açar söz araşdırması, texniki auditlər və məzmunun yaradılması kimi bir çox dinamikləri olan şirkətlərin böyüməsinə xidmət edir.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir