İnternet demək olar ki, hər hansı bir biznesə reklam kampaniyası aparmağa, müştərilərini hədəfə almağa və reklam səylərinin ən uğurlu olduğu vaxt və yerləri müəyyən etməyə imkan verir. İnternetdə mövcud olan reklam platformalarına sosial media, axtarış motoru və veb sayt sponsorluğu reklamları daxildir. Bununla da internet reklamları tanıtım baxımından ən sərfəli və səmərəli xidmətlərdir. Hal-hazırda milyonlarla insanın Google axtarış sistemindən istifadə etdiyini nəzərə alsaq, Google-da yerləşdirəcəyiniz reklamlarla çox böyük bir auditoriyaya çata bilərsiniz.
Google Ads Nədir?
Google Ads, Google vasitəsilə demək olar ki, istənilən yerdə reklam etməyə imkan verən bir reklam xidmətidir. Bir çox axtarış sistemi bu xidməti təklif etsə də, Google-un dünyada ən çox istifadə edilən axtarış sistemi olması bu xidməti e-ticarət saytları üçün daha da əhəmiyyətli edir. Google Ads vasitəsilə reklam verən sayta məhsul və xidmətlərini müvafiq axtarışlarda və ya yerlərdə göstərməyə kömək edir. Həm masaüstü, həm də mobil cihazlarda istifadə oluna bilən bu xidmətlə siz saytınıza ziyarətçi cəlb edə, potensial müştərilərlə ünsiyyət qura və satışlarınızı artıra bilərsiniz.
Google-da Necə Reklam Yerləşdirmək Olar?
Aşağıda göstərilən 7 addımı yerinə yetirməklə siz Google-da reklam verməyə başlaya bilərsiniz:
- Google Ads hesabı yaradın
- Açar sözlərinizi seçin
- Kampaniya parametrlərini konfiqurasiya edin
- Reklam mətninizi yaradın
- Reklam əlavələrinizi tamamlayın
- Dönüşüm identifikasiyası və inteqrasiyası
- Ödəniş parametrlərinizi konfiqurasiya edin.
1. Google Ads hesabı yaradın
Reklam hesabınızı yaratmaq üçün ads.google.com saytına daxil olun və “İndi başlamağa” klikləyin. Sonra e-poçt ünvanı ilə hesabınızı yaratmağa başlayacaqsınız. Burada sizin e-poçt hesabınızın gmail əlavəsinə malik olması şərt deyil, siz başqa e-poçt vasitəsilə də Google Ads hesabı yarada bilərsiniz. Müvafiq bölmələri tamamladıqdan sonra hesab məlumatlarınızı əlavə edin və reklam kampaniyalarınızı hazırlamağa başlaya bilərsiniz. Bu qədər sadə!
2. Açar sözlərinizi seçin
İndi isə daha maraqlı hissəyə gəldik. İlk reklam kampaniyanızı necə yaradacağınızı addım-addım öyrənəcəksiniz. İlk öncə reklam edəcəyiniz açar sözləri (keywordları) müəyyənləşdirməlisiniz. Biznesinizi və məhsullarınızı izah edən bir neçə açar söz yazmaqla başlayın. Çünki nə axtardığını bilən istifadəçiyə məhsulunuzu açar sözlər vasitəsilə satmaq ehtimalınız daha yüksək olacaqdır.
3. Kampaniya parametrlərini konfiqurasiya edin
Reklam hesabınızdakı bəzi parametrlər yalnız kampaniyalar üçün müəyyən edilə bilər. Məsələn, reklamlarınızı yalnız Bakı və Sumqayıtda yayımlanmasını planlaşdırmaq istəyirsiniz. Bunu tək bir kampaniya altında yarada bilərsiniz, ancaq Bakıda ümumi reklam büdcənizin 60%-ni, Sumqayıtda isə 40%-ni istifadə etmək istəyirsinizsə, iki fərqli kampaniya yaratmalısınız. Kampaniya üçün xüsusi olaraq təyin edə biləcəyiniz bəzi xüsusiyyətlər bunlardır:
- Gündəlik büdcə
- Reklam yerləşdirmə saatları
- Məkan və dil hədəfləməsi
- Təklif strategiyası
- Şəbəkə hədəfləməsi
Kampaniyanın aşağı hissəsində isə reklam qrupları olur. Kampaniya altında birdən çox reklam qrupu yarada bilərsiniz. Beləliklə, yaratdığınız açar sözləri ayrı-ayrı qruplarda toplayıb ayrı-ayrı elanlar dərc edə bilərsiniz. Daha çox hədəflənmiş reklamları idarə etmək üçün bu açar sözləri mövzularına uyğun olaraq müxtəlif kampaniyalar və ya reklam qrupları altında toplamaq istəyə bilərsiniz. Bununlada, büdcənizi optimallaşdırmaq və performansı daha asan izləmək şansınız olacaqdır.
4. Reklam mətninizi yaradın
Google reklamları təfərrüatlı olsa da, reklam mətnləriniz istifadəçilərə göstərdiyiniz yeganə şeydir. Buna görə də reklam mətnlərinizi təyin edərkən diqqət etməlisiniz. Əlbəttə ki, yazdığınız hər reklam nüsxəsi istifadəçiləri reklamınıza klikləməyə sövq edəcək, lakin siz testlər keçirərək ən yaxşı klik nisbətinə sahib olmağı hədəfləyə bilərsiniz. Reklam qruplarınızın hər birində eyni vaxtda üç aktiv reklam mətninin olmasına da diqqət yetirməlisiniz. Buna görə də siz vaxtaşırı olaraq ən pis reklamınızı dayandırmalı və əvəzinə alternativ reklam surəti yaratmalısınız.
5. Reklam əlavələrinizi tamamlayın
Əlavələr, reklamlarınızla birlikdə axtarış düyməsi, ünvan təsviri, istifadəçi şərhləri, təsvir mətnləri və ya reklamlarınızla saytınıza keçidlər təqdim etməyə imkan verən xüsusiyyətdir. Reklam əlavələrinizdən istifadə edərək istifadəçilərinizi daha güclü reklamlarla qarşı-qarşıya qoya bilərsiniz. Reklam əlavələrindən istifadə edən reklamlar, ümumiyyətlə əlavəsi olmayan reklamlara nisbətən daha yüsək klik nisbətinə malikdir.
6. Dönüşüm identifikasiyası və inteqrasiyası
Google reklamlarının ən mühüm üstünlüklərindən birinin ölçülə bilən olmasıdır. Reklam hesabınızın çevrilmələri sayması üçün dönüşümdən sonra təşəkkür səhifəsinə kod parçası əlavə etməlisiniz. Beləliklə, hər dəfə təşəkkür səhifəsində kod işə salındıqda, Google çevrilmə əməliyyatının tamamlandığını biləcək. Reklam hesabınızın interfeysində alətlər menyusunun altındakı “Conversion” bölməsindən dönüşüm prosesinə başlaya bilərsiniz.
7. Ödəniş parametrlərinizi konfiqurasiya edin
Hesabın qurulması və lazımi inteqrasiyaları tamamladıqdan sonra kampaniyalarınızı həyata keçirməyə başlaya bilərsiniz. Bunu etmək üçün hesabınızın ödənişlər bölməsinə keçin və etibarlı ödəniş metoduna daxil olun. Prosesin növbəti hissəsində sizə lazım olan şeyləri ümumiləşdirmək, məlumat toplamaq və kampaniyaların performansını artırmaq üçün optimallaşdırmalar etmək lazımdır.