Biznes ideyaları tapmaq və kiçik biznesə başlamaq passiv qazanc əldə etməyin ən səmərəli yoludur. Həmçinin, yaxşı planlaşdırma və çox çalışmaqla kiçik biznesin yüksək gəlirli bir iş olması şansı həmişə var. Düzgün strategiya və sabitlik ilə hətta ən kiçik müəssisələr də bir neçə milyonluq böyük biznesə çevrilə bilər. Əlbəttə ki, kiçik biznesiniz üçün düzgün biznes ideyalarını da seçmək uğurun açarıdır.

Hansı biznes sahəsi ilə məşğul ola bilərəm və ya ən sərfəli xırda biznes sahələri hansılardır deyə soruşsanız, ilk növbədə doğru məqalədə olduğunuzdan əmin ola bilərsiniz. Aşağıdakı siyahı ilə sizə bəzi biznes sahələri haqqında ətraflı məlumat verəcəyik. Elə isə gəlin çox vaxt itirmədən başlayaq!

biznes ideyalari

1. Elektron Ticarət Mağazası Açın

Onlayn mağaza açmaq gəlirli bir iş qurmağın etibarlı yoludur. Artıq bütün dünyada rəqəmsal alış-veriş geniş istifadə olunan bir üsula çevrilmiş və e-ticarət satışlarına dünya miqyasında artım yaranmışdır. Bu iş modelinin ən yaxşı tərəfi isə virtual mağazanın ənənəvi mağazaların əngəlindən azad olmasıdır. Kapital haqları ənənəvi mağazalarla müqayisədə çox aşağıdır və siz icarə haqqı ödəməli deyilsiniz. Başlamaq üçün lazım olan hər şey inventar və onlayn mağaza platformasıdır. Bazarda isə bir çox variant vardır. Bunun üçün alternativ saytlardan olan WooCommerce ən populyarlarından biridir, çünki CMS və WordPress kimi ən yaxşı platformalarla istifadə olunur.

2.Dropshipping İş Modelinə Başlayın

Öz məhsullarınızı yaratmadan onlayn satış etmək istəyirsiniz? O zaman dropshipping sizin üçün ideal biznes sahələrindən ola bilər. Lakin bu e-ticarət biznes modelində siz topdansatıcılarla işləməlisiniz. Ortaqlıq qurduqdan sonra məhsullar üzərində öz markanızın olmasını istəyə bilərsiniz. Bu proses isə ağ etiketlemə adlanır. Dropshipping iş modeli üçün isə Ebay, Shopify və Amazon alternativ platformalardan sayılır.

3. Doğum və Körpə Fotoqraflığı

Sosial medianın təsiri ilə bu gün daha çox insan doğum və körpə fotoqraflarına müraciət edir. Ona görə də valideynlər ən özəl anlarını peşekar əllərlə əbədiləşdirərkən, fotoqraflar bu incə işdən qazanc əldə edirlər. Fotoqrafın nüfuzu və əlbəttə ki, valideynlərə göstərdiyi yaxşı xidmət sayəsində aylıq gəlir minimum əmək haqqının “ən azı” ikiqatıdır.

4. Catering Şirkəti Qurmaq

Yemək bişirməyi sevirsinizsə və sahibkarlıq ruhunuz olduğunu düşünürsünüzsə, bu biznesdə uğursuz olma ehtimalınız demək olar ki, yoxdur. Çünki şirkətlərdən tutmuş işçilərə, tələbələrdən təşkilatçılara qədər bir çox insan qida ehtiyaclarını ödəmək üçün catering şirkətlərinə müraciət edir.

Toy, nişan, xına və açılış kimi bir çox müxtəlif tədbirlərə, təşkilatlara və ya şirkətlərə catering xidmətləri göstərək əhəmiyyətli məbləğdə qazanc əldə edə bilərsiniz.

5. Konsaltinq Xidməti Vermək

Bu günün ən gəlirli sahələrindən biri konsaltinq sənayesidir! Bəli, kiçik bir kapitalla başlaya biləcəyiniz bu bizneslə məşğul olmağı düşünə bilərsiniz. Kiçik bir ofis açaraq, konsaltinq xidmətləri göstərə və ya ilk etapda sadəcə internetdən məsləhət alaraq özünüz üçün müştəri portfeli yarada bilərsiniz.

Amma təbii ki, ilk növbədə hansı sahədə xidmət göstərəcəyinizi müəyyənləşdirməlisiniz, çünki bu gün çoxlu müxtəlif konsaltinq xidmətləri mövcuddur və insanlar etibarlı məsləhətçi tapmaqda çətinlik çəkirlər. Bu səbəbdən konsultasiya işinə başlamazdan əvvəl ətraflı araşdırma aparmalısınız.

6. Əl İşi (Handmade) Aksesuarların Satışı

Əlavə gəlir kimi daha çox hesab edilə bilən üsullardan biri də əl işi aksesuarların hazırlanmasıdır. Ancaq fərqli modellər və yaxşı marketinq texnikaları ilə bu biznes növü yaxşı gəlirli bir işə çevrilə bilər.

Bir klik məsafəsində olan və sosial media vasitəsilə sata biləcəyiniz və başqa yerdə tapılmayan fərqli dizayna sahib məhsullarınızdan yaxşı qazanc əldə edə bilərsiniz.

7. Qida Maşınları

Qida maşınları ilə ərzaq satmaq ideyasının gündən-günə artacağı düşünülür. Çünki insanların çox olduğu yerlər bu iş modelinə çox uyğundur. Şəhər meydanında və ya bir çox yerlərdə avtomobilinizlə gedib hər hansı ərzaq satışı ilə məşğul ola və bu ideyanı hər gün böyüyəcək biznesə çevirə bilərsiniz.

8. Təmir Emalatxanası

Təmir sexlərinin yaradılması kapital baxımından ciddi vəsait tələb etməyən sahələrdən biridir. Orta hesabla 2000 manata orta səviyyəli bir təmir sexi qura və ya icarəyə götürə bilərsiniz. Daha sonra isə bir neçə elektron cihazdan başlayaraq, təmir etdiyiniz məhsulların sayını artıra bilərsiniz.

9. Təmizlik Şirkəti Qurmaq

Tək başınıza və ya daha peşekar səviyyədə bir neçə nəfərlə başlaya biləcəyiniz biznes ideyaları arasındadır. Ev təmizliyinə gedərək əhəmiyyətli qazanc əldə etmək mümkündür.

Əsas odur ki, ilk başlarda qazanc əldə etmək üçün aşağı qiymətlərlə başlamalısınız. Referanslar bu sektorda önəmlidir və etibar ön planda olduğu üçün referanslarınızı artırdıqdan sonra gəlir potensialınızı artırmaq imkanınız var.

10. Sürücülük Kursları

Yaxşı sürücü olduğunuzu düşünürsüzsə, bu bacarığınızla qısa zamanda pul qazana bilərsiniz. Yeni sürücülük vəsiqəsi almaq istəyən sürücü namizədlərə sürücülük təlimi verə bilərsiniz. Orta hesabla 1 saatlıq təlim üçün 100 manat qazana bilərsiniz. Bu günlərdə xüsusilə də, qadın sürücülər üçün təlim dərslərində əhəmiyyətli dərəcədə artım müşahidə olunur.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir