2019-cu ilin dekabr ayında ortaya çıxan COVİD-19 virus epidemiyası qısa zamanda bütün dünyanı öz təsiri altına alaraq, insanların bir çox vərdişlərinin dəyişməsinə səbəb oldu. Bu dəyişimin ən mühüm və pandemiyanın ən böyük nəticəsi elektron ticarətə maraq və tələbatın artması olmuşdur. Araşdırmalara görə, pandemiya dövründə elektron ticarət saytının yaradılması üçün alınan kurslara tələbatın 826% artdığı bildirilib. E-ticarət kursları ilə yanaşı, rəqəmsal marketinqin bir hissəsi olan SEO, sosial media idarəçiliyi, Google Analytics və ya Google Ads kursları da eyni şəkildə artmışdır.
Sizdə e-ticarət və ya “E-ticarətə niyə başlamalı?” sualı ilə maraqlanır və bu barədə düşünürsünüzsə, ilk növbədə doğru məqalədə olduğunuzdan əmin olun.
Elektron ticarətə başlamaq üçün 10 səbəb
1. Artan E-ticarət Həcmi
Pandemiyanın təsiri ilə e-ticarətin artıq alternativ bir yol olmadığını ifadə edən mütəxəssislər, bazar dəyişikliyinə böyük diqqət çəkir, xüsusilə geyim və ayaqqabı kateqoiyasındakı artım onlayn pərakəndə satışın əhəmiyyətini vurğulayır. E-ticarətdə istifadəçi davranışı, səbətlərin miqdarı və ya sayta daxil olma nisbəti kimi üsullarla müəyyən edilən bu həcm statistik olaraq, bizə inkişaf etməkdə olan dünyada rəqəmsal bazarların nə qədər əhəmiyyətli olduğunu göstərir.
2. Zamandan Və Məkandan Asılı Olmayaraq Pul Qazanın
E-ticarət saytına sahib olduğunuzda zamandan və məkandan asılı olmayaraq, satış əməliyyatlarını həyata keçirə bilərsiniz. Bunun ən böyük faydası vaxta qənaət etməyinizdir, bu minvalla şirkətiniz üçün daha effektiv strategiyalar müəyyən edə və özünüzə daha çox vaxt ayıra bilərsiniz.
Bütün suallaranızı bizə yaza bilərsiz.
3. Müştərilərinizin Üçün 7\24 Açıq Mağaza Təcrübəsi
E-ticarət saytının yaradılması müştərilərinizə 7\24 açıq mağaza təqdim edərək daimi müştərilər qazanmağınıza da kömək edəcəkdir və e-ticarətin ən böyük üstünlüklərindən bir kimi tanınan bu təcrübə bir çox insanın virtual mağazalara üstünlük verməsinin ümumi səbəbidir.
4. Auditoriyanızı Genişləndirə Bilərsiniz
Veb saytınız sizə yeni bazarlar tapmağa və böyük olmayan investisiyalarla qlobal ticarət etməyə imkan verir və dünyanın istənilən yerindən məhsul və xidmətləri satmağa imkan verir. Brendinizi və ya şirkətinizi qlobal miqyasda daşımaq istəyirsinizsə, sizə lazım olan tək şey düzgün addımlarla e-ticarət saytı qurmaqdır.
5. Fövqəladə Vəziyyətlərdə Belə Biznesinizi İnkişaf Etdirin
Pandemiyanın gətirdiyi rəqəmsal vərdişlərin uzun müddət eyni şəkildə davam edəcəyi proqnozlaşdırılır və araşdırma və sorğular da istehlakçıların elektron ticarət davranışlarını qoruyacağını göstərir. E-ticarətə başlamaqla hətta pandemiya kimi fövqəladə vəziyyətlərdə belə, heç bir itki vermədən biznesinizi inkişaf etdirmək fürsəti əldə edə bilərsiniz.
6. Müştəriləriniz Üçün Rahat Alış-Veriş İmkanı
Elektron ticarət satıcı üçün vaxta qənaət etsə də, müştərilər üçün də eynidir və brendinizin e-ticarət saytı ilə fərqli məkanlarda bir çox müştəri üçün satış edə bilərsiniz.
7. Müştərilərinizi Yaxından Tanımaq İmkanı
Rəqəmsal marketinq alətləri olan Google Analytics və bir çox başqa alətlər sayəsində siz e-ticarət saytınızda istifadəçi davranışını müşahidə edib hesabat apara bilərsiniz. Beləliklə, hədəf auditoriyanıza çataraq müştəri profillərini təhlil edə bilərsiniz. Satdığınız məhsulu və ya xidməti kimin aldğını bilmək və daha yaxından tanımaq, effektiv strategiyalar yaradacaq və şirkətinizin böyüməsinə birbaşa təsir edəcəkdir.
8. Xərclərinizi Azalda Bilərsiniz
Elektron ticarət saytına sahib olmaq fiziki mağazaya sahib olmaqdan daha ucuzdur. Məsələn, bir e-ticarət saytı ilə fiziki olaraq fəaliyyət göstərən bir mağaza üçün ödəyəcəyiniz bütün elektrik ödənişlərinə və ya kommunal xərclərə qənaət edə bilərsiniz.
9. Rəqəmsaldan İstifadə Edərək Müştərilərinizlə Ünsiyyətdə Olun
Müxtəlif kateqoriyalı fürsət məhsulları, promosyonlar, müştəri təklifləri və ya kuponları ilə siz müştərilərinizlə daima əlaqədə ola və onlara yaxşı alış-veriş təcrübəsi yaşada bilərsiniz. Bununla yanaşı, onlayn marketinq səylərinizi izləmə proqramları ilə kampaniyalarınızın və ya tanıtımlarınızın nə qədər yaxşı işlədiyini görə bilərsiniz.
10. Tez Və Asan Qurulan E-ticarət Platformalarından İstifadə
Büdcəniz yüksək deyilsə və kiçik miqyaslı bir mağaza kimi başlamaq istəyirsinizsə, virtual bazarlar sizin üçün ideal e-ticarət platforması ola bilər və virtual bazarlara kapital qoymağa da ehtiyac yoxdur.
Bütün suallaranızı bizə yaza bilərsiz.