Kiçik bizneslər axtarış sistemlərində görünmələrini artırmaq üçün peşekar SEO işlərinə ehtiyac duyurlar. Çünki SEO işləri sizin birbaşa Google axtarış sistemində ilk sıralarada yer almanıza şərait yaradır. Bu məqaləmizdə isə kiçik bizneslərin öz e-ticarət saytlarında həftəlik olaraq peşekar SEO işlərini tətbiq edə biləcəkləri çalışmalardan bəhs edəcəyik. Əsas və sadə çalışmalara diqqət yetirmək və bu çalışmaları mütəmadi olaraq tətbiq etmək sizə uzun müddətdə nəticə verməyə başlayacaqdır.

Kiçik bizneslər üçün həftəlik SEO işləri

Həftəfə iki bloq məzmunu yaradın

SEO çalışmalarında məzmun marketinqi mühüm yer tutur. Veb saytınızı mütəmadi olaraq yeniləməyinizi təmin etməklə yanaşı, bu məzmunlar həm də SEO dəyərini təmin edir, axtarış sorğularına cavab verir və saytınıza orqanik trafik cəlb edir. Bir çox şirkət hesab edir ki, hər gün müntəzəm olaraq bir bloq məzmunu yazmaq lazımdır. Bu yanlış fikir deyil, lakin məzmun marketinqi çalışmaları da çoxlu iş və təcrübə tələb edir. Başqa işlərlə məşğul olarkən bloq yazmağa vaxt ayırmaq olduqca çətin ola bilər və yaxud hər gün yazacaq mövzu tapmaq bir müddət sonra çətinləşə bilər.

Bu zaman həm hazırlanmış məzmunun keyfiyyətini artırmaq, həm də uzun müddətdə bu davamlılığı qorumaq üçün həftədə 2 bloq yazısı yazmağı qarşınıza məqsəd qoymağa cəhd edə bilərsiniz. Bu ilk baxışda kiçik rəqəm kimi görünsə də, ilin sonunda bloq arxivinizdə 100-dən çox yazı olacaqdır. Sürətli məzmun istehsal etməklə, bir neçə aydan sonra yazıya ara verdiyiniz zaman davamlılığı pozursunuz və bu işləri yalnız qısa müddət ərzində etdiyiniz üçün uzunmüddətli uğur qazana bilərsiniz. Beləliklə, planlarınızı həftədə 2 bloq yazısı ilə məhdudlaşdırın.

Digər platformalarda bloq yazısı yazın

Peşekar SEO işi ilə məşğul olmaq istəyirsinizsə, zaman zaman öz saytınızdan kənara baxmalısınız. Saytınıza linklər əldə etmək və səhifənin dəyərini artırmaq, saytınızı və ya məhsullarınızı müxtəlif kanallarda tanıtmaq istəyirsinizsə, qonaq yazıları yazmağa çalımalısınız. Sektorunuzla əlaqəli ola biləcək rəqəmsal nəşrlərdə sektora aid təcrübələrinizi və fikirlərinizi bölüşəcəyiniz bloq yazıları hazırlayaraq həmin platformalarda qonaq yazar kimi iştirak edə bilərsiniz. Bu çalışmanın SEO-da üstünlüklərini aşağdakı kimi sadalaya bilərik:

  • Saytınıza geri bağlantılar əldə etməyə imkan verir
  • Brend və məhsul şüurunuzu artırırsınız
  • Şəxsi brendinizi gücləndirirsiniz
  • Bu kanallar vasitəsilə e-ticarət saytınıza trafik cəkb edirsiniz
  • Sosial platformalarda qarşılıqlı əlaqə yaradırsınız

İnfluencer marketinq işlərinə investisiya edin

Fərqli mənbələrdən veb saytınıza keçid və trafik əldə etmək üçün istifadə edə biləcəyiniz üsullardan biri də influencer marketinqidir. Peşekar SEO səylərinizi bu istiqamətdə irəlilətdiyiniz zaman, bu məzmunların video və ya bloq yazıları şəklində hazırlanması SEO baxımından sizin üçün daha faydalı olacaqdır. Instagramda paylaşım etmək əvəzinə, videolar çəkib Youtube kimi video platformalarda yayımlamaq SEO baxımından daha effektivdir.

Bundan əlavə, bloq yazıları üçün bloggerlərdən istifadə etdiyiniz zaman, axtarış sorğularından saytınıza trafik çəkməyə və istinad trafikinizi artırmağa imkan verəcək yeni kanallar yaradırsınız. İnternetdə brendinizlə bağlı məzmun sayını artırmağa başladığınızda təbii olaraq brend və məhsul məlumatlılığınızı artırmağa başlayırısınız.

Həftədə 1-2 saatınızı Google Analytics üzərində sərf edin

Google Analytics peşekar SEO işiniz üçün ən vacib alətiniz sayılır. Saytınızdakı fəaliyyətləri izləmək üçün həftədə ən azı 1-2 saat bu vasitədən istifadə etməlisiniz. Google Analytics-də siz bloq yazılarınızın nə qədər trafik əldə etdiyini, hansı açar sözlərdən və kanallardan trafik əldə etdiyinizi, bu trafikin nə qədərinin orqanik olduğunu və nə qədərinin referal olduğunu da görə bilərsiniz. Bundan əlavə, məhsul səhifələrinizin üzərində araşdırma apararaq, bu səhifələrdən hansının trafik qazandığını və hansının almadığını da görə bilərsiniz və yeni açar sözlər yaradaraq, buna uyğun hədəf seçərək bu məzmunları nəzərdən keçirə bilərsiniz.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir