Axtarış motorunun optimallaşdırılması (SEO) və axtarış motoru marketinqi (SEM) e-ticarət şirkətlərinin veb saytlarına orqanik trafik çəkmək və rəy bildirmək üçün istifadə üsullardır. Axtarış motorunun optimallaşdırılması işlərinin axtarış motoru marketinqi araşdırmaları ilə dəstəklənməsi veb sayt işlərinin səmərəliliyini artırmaq üçün effektivdir. Bu işlərdən daha çox səmərəlilik əldə etmək üçün həmin araşdırmaların nə olduğunu və nə etdiklərini isə bilməlisiniz, sizin üçün hazırladığımız bu məqaləmizdə SEO və SEM arasındakı fərqləri ətraflı izah edəcəyik.

Axtarış Motoru Marketinqi (SEM) Nədir?

SEM mənası Search Engine Marketing, yəni Axtarış Motoru Marketinqidir və yüksək rəqabətli rəqəmsal dünyada məhsul və ya xidmətinizi axtarış motoru nəticələrində ön plana çıxarmaq üçün istifadə edilən marketinq üsuludur. Axtarış motoru nəticələri səhifəsində (məsələn, Google) pullu reklamlar almaqla, orqanik nəticələrin yuxarısında görünən reklamlar SEM reklamlarıdır. Bu reklamlar adətən axtarış motoru səhifəsində yanında “Ad” yazılan reklam kimi göstərilir.

SEM sistemindən istifadə edərkən, mövcud müştəri bazanızın marağını artıra və ya brendinizə yeni müştərilər cəlb edə bilərsiniz. SEM strategiyası ilə siz daha az vaxta, vaxt itirmədən və daha az xərclə Google-da yüksək yer tuta bilərsiniz. SEO internet dünyasında orqanik inkişafı təmin edərkən, SEM daha qısa müddətdə nəticə əldə etməyə imkan verəcəkdir, lakin SEM və SEO strategiyalarının birlikdə istifadəsi həmişə daha yaxşı nəticələr verməkdədir.

SEO və SEM Arasındakı Fərqlər Nələrdir?

Axtarış motorunun optimallaşdırılması (SEO) və axtarış motoru marketinqi (SEM) çalışmaları müxtəlif üsullarla aparılır. Açar söz seçimləri və istifadələri eyni və ya oxşar olsa da, tətbiqlər fərqlidir.

Axtarış motoru marketinqi işləri ödənişlidir: Adwords və ya SEM çalışmaları ödənişlidir, istifadəçilər axtarış nəticələrində reklam məzmununa kliklədikdə, klik başına xərc reklam büdcənizdən çıxılır, axtarış motorunun optimallaşdırılması işi isə əsasən pulsuzdur.

Axtarış motoru marketinqi çalışmaları müəyyən bir hədəf auditoriyaya göstərilir: SEM araşdırmaları edərkən müəyyən hədəf auditoriyası üçün seçimlər edə və bu reklamların kimə göstəriləcəyini və ya hansı axtarış sorğularına uyğun olaraq seçim edə bilərsiniz. Bununla belə, SEO çalışmaları konkret hədəf auditoriyaya yönəldilmir, o, həmçinin müxətlif auditoriyalara və axtarış sorğularına göstərilə bilər.

Axtarış motorunun optimallaşdırılması daha yavaş nəticələr verir: SEM çalışmaları daha sürətli nəticələr verir, çünki pullu reklam işləri var və reklam büdcənizdən asılı olaraq, bu reklamların müddəti fərqli olacaqdır. Düzgün strategiya və hədəfləmə ilə sürətli nəticələr əldə edə bilərsiniz. Axtarış motorunun optimallaşdırılması işlərinin nəticə verməsi isə müəyyən vaxt tələb edir.

SEM çalışmaları sınaq üçün daha yaxşıdır: Axtarış motoru marketinqi çalışmaları hansı işlərin daha yaxşı nəticələr verdiyini görmək üçün açar sözlər və hədəf auditoriya üzərində testlər keçirməklə daha təsirli olur. Aşağı büdcələrlə müxtəlif hədəfləmə və açar söz qrupları üzərində işləyə bilərsiniz. Uzunmüddətli perspektivdə SEO çalışmalarının nəticələrini əldə etmək bu testləri səmərəli şəkildə həyata keçirməyi çətinləşdirir.

Bütün suallaranızı bizə yaza bilərsiz.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir