Rəqəmsal marketinq çalışmaları üçün bir strategiya yaradarkən, əsas əsas təməl daşlarda qalmaq və strategiyalarınızı bu təməl daşlara qoymaq əldə ediləcək gəliri artıracaqdır və təbii ki, bu təməl daşları yaratmaq üçün situasiya təhlili və SWOT analizlərinin aparılması çox vacibdir. Bu yolla, şirkətiniz və rəqibləriniz haqqında öyrəndiyiniz məlumatları rəqəmsal marketinq araşdırmalarına daxil edə biləcəksiniz. Bu məqaləmizdə isə biz Rəqəmsal Marketinq çalışmalarının təməl daşını təşkil edən 4 elementə diqqət yetirəcəyik.
1.Şirkət
Rəqəmsal marketinq işlərinizə başlamazdan əvvəl şirkətinizlə bağlı bəzi suallara cavab verməyiniz çox vacibdir və ümumi şəkildə həmin sualları qeyd etməli olsaq, aşağıdakı kimi sıralaya bilərik:
- Şirkətiniz hansı məhsulları satır və satdığınız məhsullar rəqibləriniz üçün də əlçatandırmı?
- Satdığınız məhsullar rəqabətdə və şirkətiniz rəqiblərinizlə müqayisədə hansı üstünlükləri təmin edir və hansı aspektlərdə şirkətiniz rəqiblərlə müqayisədə daha yaxşıdır və ya pisdir?
- İstehlakçılar şirkətinizi necə görürlər və şirkətinizin 5 illik planları və hədəfləri nələrdir?
- Biznesinizin rəqəmsal marketinq çalışmaları üçün nə qədər büdcə investisiya etməyi və hansı kanallara investisiya etməyi planlaşdırırsınız?
Bu suallara cavab verməklə siz şirkətinizi daha yaxşı müəyyənləşdirə və şirkətinizində nəyin yaxşı və nəyin çatışmadığını görə və bu araşdırmalara uyğun olaraq, rəqəmsal marketinq araşdırmalarında şirkətinizin nəyə ehtiyacı olduğunu və həmin işləri yaxşılaşdırmaq üçün nə etmək lazım olduğunuzu da görə bilərsiniz. Bu istiqamətdə strategiyalarını daha yaxşı müəyyən edə bilərsiniz.
2.Komanda və Kənardan Alınan Xidmətlər
Rəqəmsal marketinq çalışmalarının digər mühüm təməl daşı komanda və kənardan alınan xidmətlərdir. Bunların yaxşı idarə olunması və komandanın şirkətin məqsədlərinə nail olmaq üçün istiqamətləndirilməsi çox vacibdir və bununla bağlı isə verə biləcəyiniz bəzi suallar mövcuddur:
- Şirkətdə gündəlik əməliyyatları kim idarə edir və şirkətin idarə olunmasında köməklik edəcək tərəfdaşınız varmı?
- Şirkətə sərmayə qoyan investorlar və ya səhmdarlar varmı?
- Şirkətin məhsul təchizatını kim təmin edir və hansı nəqliyyat şirkətləri ilə birlikdə işləyirsiniz?
- Şirkətin sosial media hesablarını və ödəniş sistemlərini kim idarə edir, e-ticarət saytınız varmı, varsa infrastrukturunu kimi qurub və kim idarə edir?
Şirkətinizdə arxa planda görülməsi lazım olan çox iş var və bu işlərə kimin cavabdeh olduğunu bilmək, görülən işlərə kimin cavabdeh olduğunu bilməklə yanaşı, görülən işlərə daha yaxşı əməl olunmasını təmin edəcəkdir.
3.Müştərilər
Rəqəmsal marketinq çalışmalarınızın təməl daşlarından biri də müştərilərinizdir və onları tanımaq, ehtiyaclarını bilmək, maraqlarını anlamaq və şirkətinizdən gözləntilərini öyrənmək marketinq işlərinizi daha da effektiv edəcəkdir. Müştərilərinizi tanımaq və Rəqəmsal marketinq strategiyalarınızı təkmilləşdirmək üçün cavab verməli olduğunuz suallar bunlardır:
- Hədəf auditoriyanız və təklif etdiyiniz məhsullarınızla maraqlanacaq istehlakçılar kimlərdir?
- Hansı məhsulları ən çox və ən az satırsınız və ya hansı məhsullarınız daha çox və daha az istifadəçi rəyi alır?
- İstehlakçılar məshullarınıza və ya veb saytınıza necə çatırlar, təklif etdiyiniz məhsullarınız istehlakçılar üçün əlçatandırmı?
- Satışlarınızı artırmaq üçün hansı növ kampaniyalar və məzmunlar daha effektivdir və satışlarınız mövsümü və ya dövri olaraq dəyişirmi?
- İstehlakçılar ən çox nədən şikayət edirlər?
Müştərilərinizi tanımaq və onların ehtiyaclarını anlamaq rəqəmsal marketinq işlərinizi formalaşdırmaqda sizə çox kömək edəcək və onlarla tanış olmaqla, onların gözləntilərini qarşılayacaq marketinq və reklam fəaliyyətləri edə, həmçinin məhsullarınızı və e-ticarət saytınızı inkişaf etdirə bilərsiniz.
4.Rəqiblər
Marketinq çalışmalarınızı yaxşılaşdırmaq üçün rəqiblərinizi də başa düşməlisiniz və beləliklə, bu araşdırmalarda onlardan irəlidə olmaq üçün bir üstünlük əldə edəcəksiniz, rəqiblərinizi anlamaq üçün isə cavablandırmalı olduğunuz suallar bunlardır:
- Birbaşa rəqibləriniz və sektorda sizdən irəlidə olan böyük şirkətlər kimlərdir?
- Rəqibləriniz hansı xidmətləri təklif edir, siz isə təklif etmirsiniz?
- Rəqiblərinizin hansı güclü və zəif tərəfləri var və rəqibləriniz müştəriləri əldə etmək üçün hansı strategiyalardan istifadə edirlər?
Rəqiblərinizi tanımaq, onların saytlarında və rəqəmsal marketinq kanallarındakı işlərini təhlil etmək sizə öz rəqəmsal strategiyalarınızı yaratmağa kömək edir, eyni zamanda onların diqqət mərkəzində olmadıqlarını və ya çatışmayan tərəflərini görməyə imkan verməklə daha əhatəli planlar qurmağa imkan verir.
Bütün suallaranızı bizə yaza bilərsiz.