Favicon brendinizi brauzer pəncərələrində, əlfəcin siyahılarında, axtarış tarixçəsində, reklamlarında və nəticələrində əks etdirən kiçik bir qrafik parçasıdır və kiçik kvadrat şəkillər şəklində hazırlanan favikonlar, brendlərin loqolarından ibarət, adətən hərflər şəklində olan kiçik ikonalardır. Brendləşmədə kiçik bir detal kimi görünsə də, mühüm rol oynayan bir simvoldur. Bu məqaləmizdə isə siz favikon yaratmaq və əlavə etmək haqqında ətraflı məlumat əldə edəcəksiniz.
Favicon yaradılması dedikdə, bu fayllar favicon.ico adlı bir fayla yerləşdirildikdən sonra veb saytın kök katoloquna yerləşdirilir, çünki favicon brendinq və istifadə üçün son dərəcə faydalıdır. Favicon bizə hər bir brauzer nişanını xüsusi bir veb sayta vizual olaraq tez uyğunlaşdırmağa da kömək edir.
Favicon-un Üstünlükləri Nələrdir?
Favicon saytınızın kiçik ID-si kimidir, istifadəçilər gün ərzində bir çox səhifələrə daxil olurlar və açılan tablarda saytınızı yadda saxlamağa kömək edən favikonlar istifadəçilərə brendinizi xatırlamağa və yenidən saytınıza qayıtmağa imkan verir. Favikonların istifadə sahələri genişdir. O, baxış tarixçələri, səhifə nişanları, əlfəcinlər kimi sahələrdə istifadə olunur və saytınızı asanlıqla tanımağa kömək edir. Sayt adının yanında yerləşdirilmiş kiçik nişanlar olan favikonlar brendin loqosunun kiçildilmiş versiyası və ya brendin baş hərflərindən ibarət ola bilər və favikonlardan istifadənin vacibliyi ondan ibarətdir ki, təsvir mətndən çox daha yaxşı qavranılır və saxlanılma sürəti artır.
Favikonun istifadə sahələri olduqca müxtəlifdir lakin biz onların aşağıda bir neçəsini sadaladıq;
- Sevimlilər
- Mobil axtarış nəticələri
- URL işarəsi
- Çoxlu açılmış tablarda
- Axtarış nəticələrində və s.
Favicon İstifadəsinin SEO Baxımından Əhəmiyyəti Nədir?
Faviconun istifadəsi saytın axtarış nəticələrində tanınmasına imkan verir ki, bu da həmin saytın SEO dəyərini yüksəldir və ümumi olaraq isə Favicon istifadəsinin SEO üçün əhəmiyyətini aşağıdakı kimi sadalaya bilərik:
Saytın İstifadə Edilməsinin Artırılması: Saytın istifadəyə yararlılığı daha yüksək axtarış motoru reytinqləri ilə əlaqələndirilir və buna görə də, brauzer pəncərələrində, əlfəcinlərində, tarix arxivlərində və s. veb saytınızın başlığının yanında favikonun olması istifadəçiyə vaxta qənaət etməyə, çətinlik çəkmədən veb saytınızı müəyyənləşdirməyə və gözdən keçirməyə kömək edir və beləliklə, SEO baxımından bu yaxşı bir tənzimləmə olacaqdır.
Əlfəcinlər: Google kimi axtarış sistemləri əlfəcin qoyulmuş saytları axtarış sistemlərində daha yüksək yerlərə qaldıra bilər, lakin saytınızın favikonunun olmaması bunu azaldan faktordur. Favicon əlavə etməklə siz axtarış reytinqlərində daha yüksək yer tutmaq şansı əldə edə və kiçik bir toxunuşla orqanik trafikinizi artıra bilərsiniz.
Brendləşmə: Brendin orqanik trafikinin artırılması SEO baxımından ən vacib məsələ olsa da, brendləşmə və brend qavrayışının yaradılması onların hamısını qidalandıran prosesdir. Bu səbəbdən favikonun istifadəsi müxtəlif sahələrdə SEO-nu qidalandıran bir vəziyyətdir.
Favicon Necə Yaradılır?
Veb saytlar üçün favikonların yaradılması da tez-tez araşdırılan və maraq doğuran bir mövzudur. Favicon yaratmaq üçün isə çoxlu keyfiyyətli saytlar var və aşağıda sizin üçün ən çox istifadə olunanları sadaladıq:
Favicon Generator: İstifadəsi çox asan olan favikon generatorla istifadəçilər mətni sayta yükləyir və bununla da, yaradılmış ikona jpeg və ya png şəkil formatında endirilə bilir. İstifadəyə hazır olan favikon yaradılması mümkün olan saytın istifadəsi isə tamamilə pulsuzdur.
Favicon.cc: Pulsuz istifadəyə malik olan bu sayt da favikonlar yaratmaq istəyən veb saytlara xidmət göstərir və favikonun daxil edilməsi üçün bir çox şəkil formatında favikon yaratmağa imkan verir.
Dynamic Driver: Sadə və istifadəsi asan olan bu sayt da pulsuz xidmət göstərir və bir çox fərqli formatda şəkillər yükləmək mümkündür, həmçinin 32×32 masa üstü ikonlar və 48×48 XP ikonları yaratmaq üçün əlavə seçimə malikdir.
Bütün suallaranızı bizə yaza bilərsiz.