Bazar şərtlərinin sərtləşməsi və artan rəqabət daha güclü marketinq strategiyalarını şirkətlər üçün məcburi hala gətirmişdir və gündən-günə daha çox əhəmiyyət kəsb edən bu strategiyaların əsasını marketinq prinsipləri təşkil edir. Bu marketinq prinsipləri qısaca 4P kimi ifadə edilir və izləniləcək strategiyaların baş hərflərindən ibarətdir.
Marketinqin 4P-si nələrdir mövzusundakı bu məqalədə biz sizinlə marketinqin sadə, lakin effektiv əsas prinsiplərini bölüşəcəyik, onları ətraflı müzakirə edəcəyik, o cümlədən marketinq miksin nə demək olduğunu və onlara aid nümunələri ətraflı izah edəcəyik.
Marketinq Mix Nədir?
Marketinqin əsas elementlərini müəyyən etmək üçün istifadə edilən marketinq mix, marketinq fəaliyyətlərini sağlam və davamlı şəkildə idarə etmək üçün müvafiq şöbələrin tətbiq etdikləri əsas strategiyalara əsaslanır. Həmçinin 4P-nin nə olduğu və nə üçün vacib olduğu suallarına cavab verən marketinq mix, marketinq idarəetmə funksiyasına və onun gətirəcəyi faydaya əsaslanır. Marketinq qurucusu kimi və “Müasir marketinqin atası” olaraq da tanınan Filip Kotler marketinq miksin tərifini “Marketinq miks şirkətin müştərinin seçiminə təsir etməsi üçün istifadə etdiyi dəyişə bilən alətlər məcmusudur” deyə adlandırmışdır.
Marketinq miks elementlərinə gəldikdə isə ilk ağıla gələn anlayış 4P-dir. 1960-ı illərdə ortaya çıxan 4P konsepti də Filip Kotler tərəfindən populyarlaşdırılan bir konsepsiyadır. 4P konseptini təqdim edən və marketinq prinsiplərini ümumiləşdirən Filip Kotler 4P nədir sualına “hədəf bazarını izləmək üçün istifadə olunan marketinq vasitələrinin cəmi” kimi cavabını vermişdir. 4P dedikdə Product (Məhsul), Price (Qiymət), Place (Məkan) və Promotion (Promouşn) nəzərdə tutulur.
Product (Məhsul)
Məhsul, ehtiyac və ya tələblərə uyğun olaraq istehsal olunan və irəli sürülən bir şeydir. Satacağınız məhsul maddi və ya qeyri-maddi, mal və ya xidmətlər ola bilər. Məhsulunuzu satışa çıxarmazdan əvvəl onun hansı bazarda olacağını bilmək, ehtiyac və tələblərə uyğun bazar araşdırması aparmaq və istehsala başlamaq vacibdir. 4P konseptinin ilk addımı olan məhsul daim inkişaf etdirilməli və bazarın davamlılığı şərtləri ilə yenilənməlidir.
Price (Qiymət)
Qiymət, marketinq iqtisadiyyatında çox mühüm yer tutur və istehlakçının təklif etdiyiniz məhsul və ya xidmət üçün ödəməyə hazır olduğu məbləği müəyyən edir. Marketinq miks elementləri arasında mühüm yer tutan qiymətlər məhsulun maya dəyərini, əldə ediləcək mənfəətin miqdarını və istehlakçının nəzərində dəyərini də özündə ehtiva edir.
Qiyməti yüksək olan məhsul potensial müştərilərin itkisinə səbəb olur, məhsulun qiymətinin aşağı olması isə gəlirliliyi aşağı salır. Buna görə də qiymət təyin edərkən məhsulun həm maya dəyəri, həm də bazar şərtləri nəzərə alınmalıdır. Məhsulun qiyməti birbaşa məhsulunun satışına və təşviqinə təsir göstərir.
Place (Məkan)
Məkan 4P elementlərinin müştəri bazasını təşkil edən ən vacib addımlardan biridir və doğru məhsulu doğru zamanda doğru auditoriyaya çatdırmaq kimi də müəyyən edilə bilər. Məhsulunuzun bazarda görünməsi üçün o, asanlıqla əldə edilə bilən olmalıdır, istehlakçı sizin məhsulunuza çata bilmirsə, bir növ digər alternativə müraciət edəcəkdir. Bu, satışlarınızla yanaşı, brend məlumatlılığınıza da təsir edir.
Məhsulunuzu istədiyiniz kimi istehsal edin və düzgün qiymət verin, o məhsul düzgün bazarda deyilsə, istehlakçıya çata bilmirsə və ya istehlakçı axtardığı zaman məhsulunuzu tapa bilmirsə, uğur qazanmanız çox çətin olacaqdır.
Promotion (Promouşn)
Marketinq mix elementləri arasında məhsulunuzun davamlılığını təmin etmək üçün nə etməli olduğunuzu ifadə edən promouşn konsepti ən sadə formada görünmə fəaliyyətidir. Məsələn, bazarda real tələbat olacağını düşündüyünüz mal və ya xidmət istehsal etmisiniz. Siz bu məhsulun qiymətini düzgün təyin etdiniz və payladınız. Bəs məhsulunuz hədəf auditoriyaya çatmayanda nə edəcəksiniz? Alternativlərin çox olduğu və asanlıqla əldə oluna bildiyi marketinq dünyasında məhsulunuzu necə mövcud edəcəksiniz?
Bütün bu problemlərlə mübarizə yolunuzu müəyyən edən promouşn konseptləri məhsulunuzu canlı və tələbatda saxlayan ən vacib məqamlardan biridir. Bazar şərtlərinə dözə bilməyən məhsul qısa müddətli olacaq və bütün sərmayenizin boşa çıxmasına səbəb ola bilər. Lakin 4P elementlərindən olan promouşn konseptləri kimi istifadə edilən fəaliyyətləri yerinə yetirdiyiniz zaman hədəf auditoriyanızın diqqət mərkəzində qala və daha görünür ola bilərsiniz. Həmin konseptlərə aşağıda sadalananları qeyd etmək olar;
- Reklam və ya tanıtım
- Brend kommunikasiyası və ictimaiyyətlə əlaqələr
- Satış inkişafı
- Endirim və ya kampaniya
Promouşn konseptlərindən istifadə etdiyiniz zaman mövcud bazarlarda uzunmüddətli qala və uğur qazana bilərsiniz.
4P Marketinq Nümunəsi
Apple – Iphone nümunəsi
Apple marketinq mix konseptindən ən effektiv istifadə edən brendlər arasındadır. Birinci mərhələ olan “məhsul” addımında, istehsal etdiyi məhsulların qabaqcıl texnologiyasına, yüksək performansına, təklif etdiyi həllərə, qablaşdırılmasına və servis olunmasına diqqət yetirir. İkinci mərhələdə istehsal etdiyi məshulların xüsusiyyətlərini nəzərə alaraq “qiymət”i müəyyən edir və xüsusiyyətlərinə görə isə yenilənən telefonlar istehlakçılara digər brendlərlə müqayisədə baha qiymətə təklif olunur.
Üçüncü mərhələ olan isə Iphone satış “yerlər”i Apple mağazalarında, telefon satış mərkəzlərində və onlayn veb saytlarda baş verir. “Promotion” edərkən, işini aylar öncədən görür və təqdimatlarına hədəf auditoriyanı da daxil edir və reklamlar sonuncu mərhələni sosial media şəbəkələrindən istifadə etməklə tamamlayır.
Bütün suallaranızı bizə yaza bilərsiz.