Strateji SEO çalışmaları, e-ticarət şirkətlərinə bir çox fayda təmin etdiyi üçün rəqəmsal marketinq tədqiqatlarında prioritet çalışmalar sırasındadır. SEO araşdırmaları üçün bir strategiyanın yaradılması, brendin ehtiyaclarına əsasən diqqət mərkəzində yol xəritələrinin müəyyən edilməsi, dönüşümlərin artmasına kömək edir, həmçinin axtarış motorları vasitəsilə istehlakçılara orqanik çıxışı təmin edir. Bu məqaləmizdə isə staretji SEO çalışmalarının faydalarından bəhs edəcəyik.

seo faydalari

Brend şüurunu artırmağa kömək edir

Strateji SEO işlərini yerinə yetirərkən, hədəflərinizi marka məlumatlılığını artırmaq üzərində də əsaslandıra bilərsiniz. Axtarış motorlarında brendiniz haqqında daha çox nəticə əldə etmək və veb saytınıza daha çox ziyarətçilərin gəlməsi, brend məlumatlılığınızı artırmağa kömək edəcəkdir. Bloq məzmunuzu və ya veb saytdakı məzmunu redaktə etməklə, axtarış sorğularına cavab vermək üçün nə qədər çox məzmun hazırlasanız, brend məlumatlılığınızı bir o qədər artıra bilərsiniz.

Veb saytınıza orqanik şəkildə trafik çəkə bilərsiniz

SEO çalışmaları ilə internetdə görünmə qabiliyyətinizi artırdığınız zaman veb saytınıza daha çox trafik cəlb etməyə başlayacaqsınız və bununla da, gələn trafiki yenidən veb saytınız üzərindən trafikə çevirmək imkanınız olacaqdır.

sayt trafiki

Adwords büdcənizi azalda bilərsiniz

Strateji SEO işləri düzgün yerinə yetirildikdə, o, orqanik olaraq veb saytlara keyfiyyətli trafik təmin etdiyi üçün Adwords kampaniyalarında davamlı olaraq büdcə ayırmaq məcburiyyətində qalmaya bilər və ya keyfiyyətli orqanik trafiklə Adwords büdcənizi azalda bilərsiniz.

Uzunmüddətli marketinq çalışmaları üçün idealdır

SEO ani və qısamüddətli hesab edilməməsi lazım olan vacib işlərdən biridir. Qısamüddətli çalışmalar edilə bilsə də, düzgün açar söz seçimi və strategiyaları ilə uzunmüddətli investisiya kimi faydalar da təmin edir. SEO məzmununun qiymətləndirilməsi və indeksləşdirilməsi müəyyən vaxt tələb edir və zamanla bu məzmunun dəyəri uzun müddətdə həmin məzmundan orqanik trafik əldə etməyə kömək edəcəkdir.

Mobil axtarış sorğularında daha yüksək sıralarda yer tutmağa başlayırsınız

Mobil SEO çalışmalarını strateji SEO çalışmalarına daxil etdiyiniz zaman, mobil cihazlarda istifadəçilər tərəfindən edilən axtarış sorğularının yuxarısında görünməyə başlayırsınız. Google, mobil telefondan gələn axtarış sorğularının son illərdə xeyli artdığını və buradan gələn axtarış sorğularının önümüzdəki dövrlərdə daha da artacağını bildirmişdir. Bu səbəblə mobil tərəfdə SEO işinin aparılması da mobil trafikinizi artırmağa kömək edəcəkdir.

Yeni hədəf auditoriyalarına çatmağa imkan verir

SEO çalışmaları ilə istifadəçilərin axtarış sorğularına cavab verəcək məzmun yaratdığınız zaman cari hədəf auditoriyanızdan başqa auditoriyaya da çatma şansınız olur. Yeni hədəf auditoriyaya çatmaq da bazar payınızı və dönüşümlərinizi artırmaq üçün çox vacibdir.

Rəqiblərinizi qabaqlamağa imkan verir

SEO strategiyalarınızı təyin edərkən, rəqiblərinizin hələ də diqqət yetirmədiyi və ya nəzərdən qaçırdığı sahələrə diqqət yetirməyə başlaya bilərsiniz. Güclü olmayan və ya daxil etmədikləri açar söz qruplarında işləmək, rəqiblərinizin hələ çatmadığı hədəf auditoriyaya çatmağınıza imkan verəcək və onlardan irəlidə olmağınızı asanlaşdıracaqdır.

Local SEO çalışmaları ilə mağazanıza trafik cəlb edə bilərsiniz

Yerli və regional SEO çalışmaları apardığınız zaman istehlakçılara məkan yönümlü şəkildə çatmaq şansınız var, xüsusilə də istifadəçiləri fiziki mağazanıza yönləndirmək istədiyiniz zaman strategiyalarınıza yerli və regional SEO araşdırmalarını daxil etməlisiniz. Bu nöqtədə, həm mobil uyğun, həm də yerli SEO araşdırmaları edərək fiziki mağazanıza daha çox istehlakçı cəlb edə bilərsiniz.

Bütün suallaranızı bizə yaza bilərsiz.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir