Veb sayt sahibləri üçün çox vacib element olan sayt trafiki, ümumiyyətlə veb sayta daxil olan istifadəçiləri nəzərdə tutur. Müxtəlif performans alətləri ilə təhlil edilə bilən sayt trafiki, istifadəçilərin hansı mənbədən və hansı səhifədən gəldiyi kimi təfərrüatlara baxıldığında veb saytınızın performansı haqqında mühüm məlumatlar verir. Bəs onu daha ətraflı izah etməli olsaq, sayt trafiki nədir və nələri əhatə edir? Veb sayt trafiki, müəyyən bir auditoriyanı hədəfləyən e-ticarət saytlarının nə qədər effektiv şəkildə izlənildiyini ölçməyin yollarından biridir. Yalnız axtarış motorlarına kliklər deyil, bu trafikə həmçinin sosial media şəbəkələri və ya digər veb saytlar kimi kanallardan gələn ziyarətçilər də daxildir.
Veb Saytın Trafikini Necə Artırmaq Olar?
Müasir dünyada internet reklam sənayesinin mərkəz nöqtəsinə çevrilmişdir. Bu gün bir çox brendlər televiziya reklamları əvəzinə, rəqəmsal reklamlara üstünlük verirlər. Çünki brendlər bu strategiyanın tətbiqi ilə böyük auditoriyaya çata və reklam xərclərinə qənaət edə bilirlər. Siz də minimum xərclə hədəf auditoriyanıza çatmaq və veb saytınızın trafikini orqanik şəkildə artırmaq istəyirsinizsə, aşağıdakı strategiyaları tətbiq edə bilərsiniz:
Məhsul Təsvirlərinizi Təfərrüatlandırın
E-ticarət saytınızın axtarış sistemlərində önə çıxması əslində müştərilərinizin sizdən gözləntilərini qarşılamaqdan asılıdır. İstifadəçilər saytınıza gəldikdə hər bir məhsul haqqında ətraflı məlumat almaq istəyirlər. Müştərinin məhsulla bağlı sual işarəsi olmadıqda, bu zaman o, məhsulun alışını həyata keçirir. Buna görə də məhsul təsvirinizə xüsusi şəkildə diqqət etməli və məhsul təsvirində aşağıda qeyd olunanları əlavə etməlisiniz:
- Məhsulun rəngi
- Məhsulun ölçüləri (uzunluğu, eni, dərinliyi və s.)
- Məhsulun fərqli xüsusiyyətləri
- Məhsulun qiyməti
- Məhsulun faydaları
Onlayn mağazanızda hər bir məhsul üçün fərqli və orijinal məzmunun hazırlanması axtarış motorlarının əhəmiyyət verdiyi bir şeydir. Bu səbəbdən hər bir məhsul üçün keyfiyyətli və SEO-ya uyğun məzmun hazırlayaraq e-ticarət saytınızın məzmununu zənginləşdirməyə diqqət yetirməlisiniz.
Saytınızın Yüklənmə Sürətini Optimallaşdırın
Saytın yavaş yüklənməsi virtual mağazanıza orqanik artım baxımından mənfi təsir göstərə bilər. Saytınızın yüklənməsinin yavaş olduğu bir vəziyyət axtarış motorlarında indeksinizi aşağı salmaqla yanaşı, istifadəçi təcrübəsinə də mənfi təsir göstərən bir problemdir. Buna görə də saytınızın yüklənmə sürətini optimallaşdırmağa çalışmalı və sayt sürətini artırmağın bəzi yollarından da istifadə etməlisiniz. Bu baxımdan böyük fayllarınızın ölçüsünü azalda bilərsiniz. Şəkil təsvirini redaktə etməklə, şəklin miqyasını dəyişə bilərsiniz. Şəkillərinizi sayt sürəti baxımından optimallaşdırmaq da orqanik trafik əldə etmək üçün çox uyğundur.
Mobil Uyğun Saytınız Olduğundan Əmin Olun
Bu gün e-ticarət təkcə masaüstü deyil, həm də mobil və planşet cihazlarına inteqrasiya edilmişdir. E-ticarət saytınızın həssas və bütün cihazlarda göründüyündən əmin olmaq başqa bir SEO strategiyasıdır. Virtual mağazanızın bütün cihazlara uyğun cavab interfeysə malik oduğundan əmin olmalısınız.
Axtarış motorlarının alqoritmləri mobil uyğun e-ticarət sayt trafikini ön plana çıxarmaqda uğurludur. Virtual mağazanızı axtarış sistemlərində ön plana çıxarmaq və eyni zamanda istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün siz mobil cihazlara uğun sayt üzərində işləməlisiniz.
Digər Saytlardan Trafik Əldə Etməyə Çalışın
Google Analytics məlumatlarınızda referral trafik anlayışı ilə qarşılaşa bilərsiniz. Bu trafik növü digər saytlardakı linklərdən veb saytınıza gələn trafikə aiddir. Bu linklər həmçinin, sizin yönləndirmə trafikinizi artırmaq üçün təbii yolla əldə edilə bilər. Google Analytics sayəsində siz bu statistikaya baxa və istifadəçilərin sizi necə tapması barədə məlumat əldə edə bilərsiniz.
Beləliklə, veb saytınız üçün yaratdığınız bu trafik mənbəyinin sizə nə qədər dəyər qatdığını görmək fürsəti əldə edəcəksiniz. Referral trafik dediyimiz yönləndirmə trafiki onlayn marketinqdə çox dəyərlidir. Çünki potensial müştərilər müxtəlif mənbələrdən saytınıza daxil olurlar. Bu ziyarətlərin ən ön plana çıxan mənbələrindən biri də sosial media platformalarıdır.
Facebook,Twitter, Instagram və Linkedin kimi platformalarda referral linklər vasitəsilə edilən ziyarətlər veb saytınızın istinad trafikini artıracaqdır. Bununla belə, referral trafiki əldə etməyin ən rahat yollarından biri olan sosial şəbəkələr arasında ən diqqət çəkən platforma Pinterest-dir. Saxlama xüsusiyyəti sayəsində Twitter-dən belə daha çox referral trafiki cəlb edən sosial şəbəkə, e-ticarət saytları üçün SEO sahəsində tez-tez seçilən bir qaynaqdır.