White Hat SEO çalışmaları təhlükəsiz şəkildə həyata keçirilən axtarış motorunun optimallaşdırılması işlərinə aiddir. Başqa sözlə desək, bunlar axtarış motorları tərəfindən veb saytınız üçün müəyyən edilmiş qaydalara uyğun olaraq hazırlanmış istifadəçi yönümlü texnikalardır və veb saytın axtarış sistemlərində daha yüksək yer tutması üçün qaydalara uyğun olaraq etik araşdırmaları əhatə edir. White Hat SEO çalışmaları ilə qısa müddətdə nəticə əldə etmək üçün çətin olsa da, siz bununla orqanik trafik əldə edirsiniz.
Lakin veb saytınız orqanik trafik cəlb etdiyi üçün yaxşı irəliləyiş qazanacaq və müəyyən bir müddətdən sonra axtarış sistemlərində daha yüksək yer tuta biləcəkdir. Nəticə etibarı ilə bu yolla siz asanlıqla gəlirinizi artıra biləcəksiniz. Faydalı bir resurs olaraq görülən veb sayt hər zaman sizə mənfəət verəcəkdir. Buna görə də ölkəmizdə peşekar veb və SEO mütəxəssisləri axtarış sistemlərinin icazə verdiyi texnikaları tətbiq edərək işlərini həyata keçirirlər.
White Hat SEO Texnikaları Nələrdir?
White Hat SEO texnikaları bütün məlum optimallaşdırma tədqiqatlarını əhatə edir. Həmin tədqiqatları aşağıdakı şəkildə qısaca izah etməli olsaq;
Açar sözlər
Açar sözlər istifadəçilərin axtarış sistemlərinə daxil etdikləri söz və ifadələrdir. Açar söz təhlili edərək mübarizə aparmağınız lazım olan sahələri müəyyən edə bilərsiniz. Açar sözlərdən düzgün istifadə edən məzmun yaradaraq istədiyiniz trafiki veb saytınıza gətirə bilərsiniz.
Başlıqlar və URL strukturu
Veb saytınızın başlığı səhifə haqqında məlumat verir. Başlıqlarınız qısa, yığcam və saytınızdakı məzmuna uyğun olmalıdır. Həmçinin, saytınızın URL strukturu aydın olmalıdır. Açar sözləri ehtiva edən başlıq və URL strukturu istifadəçi təcrübələrini artırır. Bu təcrübə həmçinin, axtarış motorlarının axtardığı bir xüsusiyyətdir.
Şəkillərin optimallaşdırılması
Veb saytınızın şəkilləri də müəyyən keyfiyyətdə olmalıdır. Bundan əlavə, əgər şəkil etiketləri və təsvirləri məzmununuza uyğundursa, qısa müddətdə veb saytınıza gələn trafiki də artıra bilərsiniz, çünki axtarış motorları keyfiyyətli şəkilləri sevir. Bununla yanaşı, şəkilləriniz SEO meyarlarına da uyğun olmalıdır.
Məzmunun təhlili
Veb saytınız həmişə keyfiyyətli və orijinal məzmuna malik olmalıdır, çünki digər veb saytlardan kopyalanan məzmun axtarış motorları tərəfindən mənfi qəbul edilir. Buna görə də keyfiyyətli məzmun istifadəçiyə həmişə axtardığı məlumatları aydın şəkildə verməli və ziyarətçilərin saytda qalma müddətini uzatmalıdır. Həmçinin, məzmununuz müəyyən uzunluqda olmalıdır, çox qısa və ya çox uzun məqalələr SEO baxımından problemlər yarada bilər.
Veb sayt sürəti
SEO araşdırması çərçivəsində saytın sürəti də çox önəmlidir. İstifadəçilər sayta klik etdikdə çox gözlədikləri zaman saytda vaxt itirməyi sevirmirlər və bu səbəbdən dolayı dərhal saytı tərk edirlər. Buna görə də veb saytınızın tez açılması üçün məzmun, şəkillər və ya videolar buna uyğun şəkildə yaradılmalıdır. Veb saytınızın sürətini zəiflədən detalları aradan qaldırmalısınız.
Mobil uyğun veb sat
Axtarış sistemlərinin son vaxtlar ən çox diqqət yetirdiyi texnikalardan biri də mobil uyğun veb saytdır. İstifadəçi təcrübələri bu texnikaya meylli olduğundan, mobil uyğunluğu olmayan saytlar axtarış motorlarında bir qədər geri plana düşür. Buna görə də veb saytınızın mobil optimallaşdırılmasını tamamlamalısınız.
Keyfiyyətli və pulsuz backlick araşdırmaları
Backlink bir veb sayt üçün ziyarətçi cəlb etmək üçün ən vacib işlərdən biridir. Veb saytlar müxtəlif saytlardan backlinkləri keyfiyyətli və pulsuz şəkildə mübadilə etməlidir. Siz həmçinin, bloq səhifələrindən backlinklər əldə etməklə veb saytınıza trafik də cəlb edə bilərsiniz.
Bundan əlavə, siz sayt daxilində link yaratma prosesini də həyata keçirməlisiniz. Veb saytınız üçün səhifələri bir-birinə bağlayaraq ziyarətçilərin veb saytınızda uzun zaman vaxt keçirmələrini təmin etməlisiniz. Beləliklə, axtarış sistemlərinda daha yaxşı yer tuta biləcəksiniz. Sadə və düzgün dizaynla saytınızın optimallaşdırılmasını həyata keçirə bilərsiniz.