Linkin qısaldılması, orijinal keçid ünvanlarının müəyyən bir veb səhifəyə bir neçə simvoldan ibarət qısa ünvanlara çevrilməsi prosesidir. Link olaraq adlandırılan URL-lər, keçidlər və ya ünvanlar müəyyən bir IP ünvanında qeydiyyatdan keçmiş səhifənin brauzerdə göstərilməsinə imkan verən simvollardır. Normal şəraitdə son dərəcə uzun olan bu keçidlər bəzi xidmətlər tərəfindən qısaldıldıqda daha pratik olaraq istifadə edilə bilər.

URL qısaldılması həm veb sayt sahibləri, həm də istifadəçilər üçün faydalıdır. Qısa bağlantılar adətən paylaşılan mühitlərdə istifadə üçün nəzərdə tutulmuşdur. Sayt sahibləri mürəkkəb simvollar silsiləsi əvəzinə qısaldılmış linkləri paylaşaraq istifadəçinin gözündə daha təhlükəsiz yerdə qala və daha asan görsənə bilərlər. Xüsusilədə sosial media platformalarında simvol limiti, etibarsız əlaqə kimi proqramlar tərəfindən bloklanmamaq üçün faydalıdır.

URL qısaltmasının bir çox üstünlükləri var və veb saytlar üçün hər cəhətdən faydalıdır. Link qısaltmasının bəzi üstünlüklərini aşağıdakı kimi sadalamaq olar:

  • Veb saytlara daha sürətli girişi təmin edir.
  • Vizual olaraq daha estetik görünüş verir.
  • Linkləri kopyalamağı və paylaşmağı asanlaşdırır.
  • Link klik nisbətlərinə baxılmasını təmin edir.
  • Simvol məhdudiyyətləri olan tətbiqlərdə rahatlıq təmin edir.

Link qısaldılması əməliyyatlarını yerinə yetirmək çox sadədir. Bunun üçün linklərin qısaldılması servislərindən istifadə edə bilərsiniz. Qısaltma prosesi üçün internetdə bu xidməti təmin edən servisdən istifadə etmək lazımdır. Hər bir servis üçün müxtəlif keçid qısaldıcı taktika olsa da, servislər əsasən eyni məntiqlə işləyir. Link qısaldılması üçün edilməsi lazım olan addımları aşağıdakı kimi sıralamaq olar:

  • Xidmət alınacaq servisin saytına daxil olun
  • Uzun keçidi kopyalayın
  • Uzun linki saytın müvafiq yerinə yapışdırın
  • İxtisarı yerinə yetirəcək düyməni basın
  • Servis istifadəyə hazır qısa keçidi yaradacaqdır.

Link qısadılması xidmətlərinin ən əsas istifadəsi əlbəttə ki, linkləri qısaltmaqdır. Lakin URL qısaldılması bu servislərin təqdim etdiyi yeganə xidmət deyil. Bəzi servislər analitik xidmət də təklif edir. Qısa linkə klik etmiş insanların sayı ilə yanaşı, bu insanlar haqqında bəzi statistik məlumatları da toplayaraq istifadəçiyə təqdim edir. İnternetdə bir çox link qısaldıcı servislər mövcuddur. Lakin onların əksəriyyəti reklamlı olduğundan dolayı, istifadəçilər daha çox reklamsız link qısaltma servislərinə üstünlük verirlər. Biz sizin üçün ən çox istifadə edilən link qısaltma servislərini təqdim edirik:

  • bit.ly
  • TinyURL
  • Rebrandly
  • ClickMeter
  • L24.im
  • Polr
  • buff.ly
  • Pubiza
  • ow.ly