Video məzmunun əhəmiyyətinin artması səbəbindən Youtube şirkətlər arasında çox populyar bir sosial media halına gəlmişdir. Youtube video məzmunun önə çıxması ilə yanaşı, Google-dan sonra ikinci ən böyük axtarış sistemi olma xüsusiyyəti ilə həm istifadəçilərin, həm də şirkətlərin diqqətində olan kanallardan biridir. Youtube-da olmaq, video məzmun istehsal edərək fərqli bir kanal vasitəsilə istehlakçılarla ünsiyyət qurmaq imkanı verir. Youtube brendinizi tanıtmaq üçün ideal platformadır, çünki siz həm reklamlar, həm də videolar vasitəsilə hədəf auditoriyanıza çata bilərsiniz. Bu məqaləmizdə isə sizin üçün Youtube-da necə reklam yerləşdirə biləcəyinizi 3 addımda ətraflı izah edəcəyik.
Youtube-da Necə Reklam Verilir?
1. Youtube Kanalı və Google Ads Hesabı Yaradın
Youtube-da reklam yerləşdirmək üçün hər iki platformada hesablar yaradılmalıdır. Çoxunuzun artıq bu hesablara sahib olduğunu güman edirik. Əgər belədirsə, bu addımı keçə bilərsiniz. Ancaq biri, digəri və ya hər iki hesabı olmayanlar üçün isə bu ilk addım olacaqdır.
2. Reklamınızı Yükləyin
Youtube kanalı açıb və Google Ads profili yaratdıqdan sonra Youtube platformasında reklam olunacaq videonu yükləməlisiniz. Videonu yükləmək üçün;
- Yuxarı sağ küncdəki “Yarat” düyməsini sıxın və açılan menyudan “Video Yüklə” linkinə klikləyin.
- Açılan pəncərədən “Video seçin” düyməsini sıxın, qarşınıza çıxan ekranda videonuzun yerini seçin, üzərinə iki dəfə klikləyin və ya sağ alt küncdəki “açıq” düyməsini sıxın. Bu zaman seçdiyiniz video yüklənməyə başlayacaqdır.
- Videonuz yüklənərkən siz videonuzun başlığını və təsvirini əlavə edə, örtük şəklini və videonuza kimlərin baxa biləcəyini təyin edə bilərsiniz.
3. Yeni Kampaniya Yaradın
Youtube-da reklam vermək üçün Youtube hesabınıza daxil olduqdan sonra https://www.youtube.com/intl/az/ads/ ünvanına daxil olun və açılan səhifədə “İndi başlayın” düyməsini sıxın. Kliklədiyiniz bu link sizi Youtube reklamları səhifəsinə aparacaqdır. Görünən ekranda reklam etmək istədiyiniz videonun ünvanını “Videonu axtarın və ya URL-ni yapışdırın” yazılan yerə yükləyə bilərsiniz. Səhifənin ortasında isə “Reklamınızın harada göstərilməsini istəyirsiniz?” sualına ;
- Youtube və Google video partnyor saytlarında
- Yalnız Youtube-da
Seçimlərindən sizə uyğun olanı seçə bilərsiniz. İstifadəçini yönləndirmək istədiyiniz səhifənin ünvanını “İzləyicilər sizin reklamınıza klik etdikdən sonra onları hara göndərmək istəyirsiniz” altında yazın və ya yapışdırıb sağ alt küncdəki “Növbəti” düyməsini sıxın.
Növbəti addımlarda isə sizə uyğun olan seçimləri seçdikdən sonra reklamınız hazır olacaqdır. Youtube reklamlarında videonuza 30 saniyədən çox baxıldıqda və ya qarşılıqlı əlaqə olarsa, sizə ödəniş ediləcəkdir. Youtube-da reklam yerləşdirmək gördüyünüz kimi çox mürəkkəb və çətin deyil. Hnası reklam modelinin sizə uyğun olduğunu təcrübə etməli və qərar verməlisiniz. Bunun üçün məsləhətimiz aşağı büdcələrlə sınaqdan keçrimək, reklamları ölçmək və buna uyğun olaraq ən uyğun reklam növünə qərar verməkdir.