“Return on Advertising Spend” sözlərinin baş hərflərindən ibarət olan ROAS ana dilimizə “Reklam xərclərinin qaytarılması və yaxud gəliri” kimi tərcümə olunur. Reklam xərclərinin səmərəli istifadəsini təmin edən ROAS rəqəmsal reklamlar üçün hesablanan və izlənilən marketinq göstəricisidir. Konkret bir reklamın xərci və həmin reklamın əldə etdiyi gəlir nəzərə alınmaqla, əldə edilən ROAS dəyəri reklamın ədədi performansını açıq şəkildə ortaya qoyur.

ROAS-ı Necə Hesablamaq Olar?

ROAS-ın hesablanması şirkətlərin gələcək reklam strategiyalarını müəyyən etməyə kömək edir. Sadə bir hesablama ilə siz reklam performansınızı faiz dərəcəsi ilə ölçərək, hansı dəyərdə hədəfinizə çata biləcəyinizi görə bilərsiniz. Google Ads və Facebook sizin üçün reklamlarınızın ROAS dəyərini hesablayır. Əgər siz reklamlarınızın ROAS dəyərini özünüz hesablamaq istəyirsinizsə, aşağıdakı hesablamadan istifadə edə bilərsiniz:

ROAS= (Reklam Gəliri / Reklam Dəyəri) x 100

ROAS dəyərini hesablayarkən reklamdan əldə edilən gəlir reklam üçün ödənilən rüsumla bölünür və nəticənin faizini görmək üçün 100-ə vurulur. Məsələn 200 manat ödənilən bir reklam sayəsində 600 manat satış olması halında;

ROAS = (600 / 200) x 100

şəklində hesablama aparılır. Bu proses nəticəsində əldə edilən ROAS dəyəri 3 və ya 300% olaraq ifadə edilir.

Əldə Edilmiş ROAS Dəyərini Necə Şərh Etmək Olar?

Əldə olunan ROAS dəyərini təhlil etmək də olduqca çox vacibdir. Yuxarıdakı nümunəyə əsasən, ROAS-ın 300 olması reklamın kifayət qədər yaxşı performans əldə etdiyini göstərir. Bu nəticə o deməkdir ki, siz hər 1 manat reklam xərcindən 3 manat əldə etmisiniz. Rəqəmsal reklam işinizin uğursuz olduğu ssenariləri də nəzərə almaq lazımdır. Ədə olunan nəticənin 99 və daha aşağı faizə bərabər olması ROAS dəyərinin zərər, 101 və yuxarı faiz nisbəti isə mənfəət kimi şərh edilə bilər. ROAS dəyərinin 100 olduğu halda isə, mənfəət və ya zərər vəziyyəti olmur, reklam xərci və gəliri bərabər olur.

ROAS Hesablanması E-ticarət Saytları Üçün Niyə Vacibdir?

Müəyyən bir e-ticarət saytının həm brend şüurunun davamlılığı, həm də satışlarının artması üçün reklam çox vacib elementdir. Bununla belə, e-ticarət saytları uğurlu reklam səyləri ilə sağ qala bilir. Ona görə də reklam kampaniyaları təhlil edilməli və ona uyğun gələcək kampaniyalar planlaşdırılmalıdır. Məhz bu nöqtədə isə ROAS hesablanmasından istifadə etmək lazımdır.

Şirkətlər üçün ROAS sadəcə gəlir və xərc hesablamasından daha çox məna kəsb edir. Çünki ROAS dəyəri müxtəlif reklam növləri və sahələri üçün hesablana bilər və bunun nəticəsində şirkət üçün hansı strategiyanın daha səmərəli olduğunu müəyyən etmək olar. Düzgün strategiyanın tapılması büdcənin düzgün optimallaşdırılmasına imkan verməklə yanaşı, minimum xərc və maksimum mənfəət balansının yaradılmasına şərait yaradır.

ROAS Hesablanarkən Hansı Məqamlar Nəzərə Alınmalıdır?

ROAS sadə bir düsturla hesablana bilər, lakin bu şəkildə əldə edilən nəticə yalnız ədədi olur. Reklamın real həyatda necə fayda verdiyini görmək üçün nəzərə alınmalı başqa ölçülər də var. Həmin ölçüləri aşağıdakı şəkildə sadalamaq olar:

Mənfəət Marjası

ROAS hesabında “gəlir” maddəsi məhsulun satış qiyməti ilə müəyyən edilir. Ancaq bu məhsulun istehsalına və ya tədarükünə pul xərclədiyinizi unutmamalısınız. Məsələn, ümumi dəyəri 50 manat olan bir məhsulun 100 manata satıldığı bir ssenaridə mənfəət marjanız 50%, qazancınız isə 50 manatdır.

Bu məhsulun reklam kampaniyasında ROAS-ın 1.5 (150%) olması onun sadə hesabla müqayisədə gəlirli olduğunu düşünülə bilər. Əslində bu hesablama hər məhsulun reklamına 66.50 manat xərclədiyinizi göstərir və əslində hər məhsul üçün 16.50 manat itirdiyiniz deməkdir. 50% mənfəət marjası olan məhsul üçün ROAS dəyəri ən azı 2 (200%), 25% üçün 4 (400), 20% üçün 5 (500%) olmalıdır.

Dönüşüm Dərəcəsi və Orta Sifariş Məbləği

Əgər satış həcminizi artırmaq və yüksək qazanc əldə etmək üçün reklam sərmayənizi etmisinizsə bu detala diqqət yetirməlisiniz. Reklamdan əldə edilən ümumi gəliri sifarişlərin sayına bölməklə orta sifariş məbləğini tapa və onu konversiya nibəti ilə müqayisə edə bilərsiniz. Məsələn, orta sifariş məbləğinizin 20 manat olduğu bir reklam kampaniyasında klik başına 2 manat ödəyirsinizsə, mənfəət və ya zərər səbəb olmayan 1 (100%) ROAS üçün 10% dönüşüm nisbətinə ehtiyacınız var. Belə kiçik bir gəlir üçün bu dönüşüm nisbəti yüksək hesab edilə bilər.

Reklam Müddəti

Sağlam ROAS hesabı üçün siz reklamdakı məhsul və ya xidmətə əsasən hesablama apardığınız vaxtın miqdarını müəyyən etməlisiniz. 1 həftə kimi qısa bir müddəti əhatə edən dövri reklam kampaniyalarında bu müddəti qısa saxlaya bilərsiniz. Amma bəzi məhsulların satılması uzun müddət çəkə bilər və hətta kiçik bir satış da sərfəli ola bilər. Belə hallarda reklamın dərc edildiyi gün ilə ROAS hesablamasının aparıldığı gün arasında uzun müddət keçməsi daha sağlam nəticələr əldə etməyə imkan verir.

Reklam Məqsədi

ROAS dəyərinin nə demək olduğu da verilən reklamın məqsədindən asılıdır. Bu hesablama əsasən satış yönümlü reklamlar üçün aparılır. Reklamı satış yönümlü deyil, brend məlumatlandırma, elan, sorğu və s. kimi məqsədlər üçün yerləşdirsəniz, ROAS dəyərinin çox aşağı olmasına baxmayaraq, hədəfinizə çatmış ola bilərsiniz. Belə hallarda ROAS hesablanması da tələb olunmur.